Comardli - Wikipedia
Comərdli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Əslində "Comərdli" kəndin adının nisbətən son dövrlərdə farslaşdırılmış variantıdır. Kəndin ilkin yerli adı isə "Comartlı" və ya "Comartlu" kimi olmuşdur.
Tarixi Azərbaycan əraziləri | |
COMƏRDLİ | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Zəngəzur mahalı |
İndiki adı | Tanahat |
Adının dəyişdirilmə tarixi | 19.04.1991 |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Tarixi
redaktəİrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisian) rayonunda kənd.
Toponim comardlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Comardlı etnoniminin ilk komponenti "com" Azərbaycan dilinin Muğan şivələrində "tayfa, əqrəba mənalarında işlənir" (240, s.325). Etnotoponimdir. Qurluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur.[2]
Coğrafiyası və iqlimi
redaktəİrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir
Əhalisi
redaktəKənddə 1873 - cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 405 nəfər azərbaycanlı yaşamışdır[3]. 1916-1918-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər[3], 1979 - cu ildə 860 nəfər[4] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Tanınmış şəxsləri
redaktə- Həsən Əliyev - akademik, ekoloq.
- Hüseyn Əliyev (rəssam) - Azərbaycanın xalq rəssamı.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-23. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.191