Comerd - Wikipedia
Comərd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Comərd kəndi Kilsəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Comərd kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Comərd | |
---|---|
40°08′17″ şm. e. 46°13′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKəndin ərazisi XX əsrin əvvəllərinədək Ermənistanın Sisyan rayonundakı Comərdli kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr binə yerində məskunlaşaraq köhnə yaşayış məntəqəsinin adını yeni yaşayış məntəqəsinə vermişlər. Comərdli sözündəki -li komponenti düşmüşdür.[2] Digər bir yerli məlumata görə - bu kəndin bünövrəsini Dərələyəzdən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə görə XV-XVI əsrlərdə Dərələyəzin Cani (Canlı) varlı bir çodar Qara Kilisə (indiki Sisiyan) rayonuna mal almağa gedib. Çox sayda iribuynuzlu mal alıb evinə qayıdarkən, bir oğlandan xahiş edir ki, bala mənə kömək et malları dağın o biri tərəfinə aparaq, sənə hörmət edərəm. Oğlan çodara kömək edib malları dağın o biri tərəfinə aparanda payız fəsli olduğundan şiddətli qar yağmağa başlayır. Çodar ehtiyat edir ki, oğlan geriyə tək qayıtsa borana düşə bilər. Ona görə də oğlana deyir ki, gedək bizə havalar yaxşılaşanda səni evinizə apararam. Həmin il qış sərt keçir və dağlardan keçmək mümkün olmur. Oğlan yaza kimi çodarın evində qalır. Çodar varlı olub və övladı yox imiş. O, oğlana deyir ki, bala mənim övladım yoxdur və var-dövlətimə sahib qalan hec kimim yoxdur. Qal mənə oğulluq et, var-dövlətim sənə qalsın. Oğlan razılaşır. Yazda dağlardan qar əriyib adamların keçməsinə imkan yaranandan sonra kişi oğlanla birlikdə Qara Kilisəyə gedir. Oğlan gilin kəndinə yaxınlaşanda kişi ondan evlərinin yerini soruşur. Oğlan evlərini ona göstərir. Kişi oğlanı onların qonşuluğunda olan evə aparır. Ev sahibi onlara oğlanın itkin düşməsini və ona yas da verilməsini danışır. Tam dəqiqləşdirəndən sonra ata-anasının razılığı ilə oğlanı oğulluğa götürür və geriyə, Dərələyəzə qayıdır. Kişi öləndən sonra onun var-dövləti oğlana qalır. Həmin oğlanın oğlanlarından biri Kəlbəcərin Comərd kəndinə köçüb kəndin bünövrəsini qoyub. Yəqin ki, o, öz atasının əvvəlki kəndinin adını bu kəndə qoyub.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Tutqunçayın (Tərtər çayının qolu) sahilində, Qonqur dağının ətəyində yerləşir.
Yaylaqları
redaktəQayalıq yurdu, Ortadüz yurdu, Allahaman yurdu, Böyükbiçənək yurdu, Alçalı yurd, Novlu yurd.
Bulaqları
redaktəYarpızlı bulaq, Daş bulaq, Sarı bulaq, Əkbər bulağı, Şırran bulağı, Şor bulaq, Novlu bulaq, Nazlı bulaq, Damcı bulaq, Qaramalıx bulağı.
Məşhur yerləri
redaktəQaramanqaya, Qurdtələsi, Qabıq qayası, Comərd qalası, Yarpızlıdərə, Qozludərə, Zoğallıdərə, Qılıcın qoyunu doğan dərə, Alxan buğavuran qaya, Evindalı, Topallıq, Quzey qayası, Donuzuçan, Əhəngyandırılan, Pütdüdüklüdərə, Əhməd talası, Targələn, Bəhrəm təpəsi, Papaqyanan təpən, Şişin təpəsi, Tütün yeri, Şadman gölü, Söyüd gölü, Sarı povorot (döngə), Qoyun körpüsü, Mehdinin yeri, Tutluq ağacı, Yanıq, Ağdaşın dalı, Qaragüney suyu, Kilsəli suyu, İdrisbiçən, Təkağac, Qalanın dalı, Şirinin biçənəyi, Köçəri qırıntısı, Arpa yeri, Abuzəryatan kaha, Ədilin çəpəri, Dərəkənd, Kərəm arı qoyan yer, Əhməd tələsi.[3]
Binələri və qışlaqları
redaktəKəndyeri binəsi, Yarpızlı binə.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Comərd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |