Coanna Hiffernan - Wikipedia
Coanna Hiffernan qısa olaraq Co (ing. Joanna Hiffernan; 1843–1903) — İrlandiya modeli, Ceyms Uistler və Qustav Kurbenin rəsm əsərlərinin əsas obyekti, eyni zamanda Ceyms Uistlerin sevgilisi. Coanna Hiffernanın təsvir olunduğu ən məşhur tablolar "Ağ simfoniya № 1, ağ geyimli qız", "Ağ simfoniya № 2, ağ geyimli qız", "Ağ simfoniya № 3, ağ geyimli qız", "Gözəl irland qadını" və "Yuxu" hesab olunur.
Coanna Hiffernan | |
---|---|
ing. Joanna Hiffernan | |
| |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Milliyyəti | irland |
Fəaliyyəti | çəkiliş üçün oturmaq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCoanna irland Patrik və Katerin Hiffernanın ailəsində 1843 cü ildə dünyaya gəlmişdir. Rəssam Ceyms Uistler ilə ilk tanışlığı London atelyelərinin birində olmuşdur. Coannanın Uistlerə ilk dəfə çəkiliş üçün duruşu "Ağ simfoniya № 1, ağ geyimli qız" tablosu ilə əlasqəli olmuşdur.
Uistler Coannanın gözəlliyini dostu Anri Fantin-Latura 1861 ci ildə yazdığı məktubda belə ifadə edirdi:
Mən onun simasına bir ifadə vermək istədim! sözün əsil mənasında, dostum! həqiqi bir ifadə — əgər onun başını təsvir edərdimsə — onun hədsiz gözəl saçları elədir ki, heç belə bir şey görməmisən! qırmızımtıl, nə qızılı nə də mis kimi — sanki arzularımın çələngidir! — dərisi isə bilmək istəsən, ağ-qızılı yaxud sarı… |
Uistlerin anası və əqrabası onun Coanna ilə əlaqəsindən çox narazı idilər. Onların gözündə model xidməti göstərən Coanna həmin dövürün dedi-qodularına görə bir faişə idi. Uistlerin anası Londona oğlunu ziyarətə gələrkən rastlaşmamaq üçün Coanna müvəqqəti olaraq mənzili tərk etməyə məcbur olurdu.
Uilster Coannaya saçlarının rənginə görə atəşli Co ləqəbini qoymuşdur. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə Uilster Coannanı Qustav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe "Gözəl irland qadını" tablosunu və Conun portret eskizini çəkir. 1866 cı ildə Uilster Valparaisoda olanda, Parisə "Yuxu", "Dünyanın mənşəyi" tablosu üçün çəkiliş duruşuna gələn Coanna ilə Qustav Kurbe arasında eşq məcarası başlayır. Valparaisodan qayıtdıqdan sonra bundan xəbər tutan Uistler Coannanı atır.