Charlotte Anime - Wikipedia
Charlotte (シャーロット, Shārotto?, azərb. Şarlotta) — Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir.
Charlotte | |
Anime serialının posteri. Personajlar (soldan sağa): Yuu Otosaka, Cociro Takaco, Yusa Nişimori və Nao Tomori. | |
シャーロット (Shārotto) azərb. Şarlotta | |
---|---|
Janr | komediya-drama,[1] fövqəltəbii[2] |
Manqa | |
Charlotte The 4-koma: Seishun o Kakenukero! | |
Yazıçı | Cun Maeda |
Rəssam | Haruka Komovata |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | seynen |
Nəşr tarixi | may 2015 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
Anime | |
Rejissor | Yoşiyuki Asay |
Ssenarist | Cun Maeda |
Bəstəkar | Cun Maeda Anant-Garde Eyes Hikarişuyo |
Studiya | P.A. Works |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, CTC, tvk, TVS, GYT, GTV, MBS, CBC, TUT, BS11 |
Digər kanallar | |
Buraxılış tarixi | 5 iyul 2015 – 27 sentyabr 2015 |
Seriyalar | 13 (seriya siyahısı) |
Manqa | |
Yazıçı | Cun Maeda |
Rəssam | Makoto İkezava Yuu Tsurusaki |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | seynen |
Nəşr tarixi | sentyabr 2015 – hazırda |
Cildlər | 3 (cild siyahısı) |
Anime | |
Rejissor | Yoşiyuki Asay |
Studiya | P.A. Works |
Digər lisenziyalar | |
Vaxt | 24 dəq. |
Anime serialının fikir müəllifi Cun Maedadır. Bununla yanaşı o, ssenarini yazmış, bəzi musiqiləri bəstələmiş, Na-Ga ilə personajları dizayn etmişdir. Həm Maeda, həm də Na-Ga vizual brendi Key-in əməkdaşlarıdırlar və "Charlotte" Key-in "Angel Beats!"-dən sonra ikinci orijinal anime serialıdır. Maeda "Charlotte"-nın konsepsiyasını 2012-ci ildə "Angel Beats!"-dən sonra başqa bir anime üzərində işləmək təklifindən sonra düşünmüşdü. Maeda "Angel Beats!"-ə nisbətən bu animedə əsas personajların sayını azaltmış və əsas diqqəti onların davranışlarına yönəltməyə qərar vermişdir. Yaradıcılıq prosesinə müxtəliflik əlavə etmək və "Angel Beats!"-dən çox təsirlənməməsi üçün "Angel Beats!"-dən fərqli yeni çəkiliş heyəti işə cəlb olunmuşdur.
"Charlotte" gözlənilməz və xatirələri oyadan səhnələrinə görə təriflənmişdir, amma gedişatının və strukturunun yetərsiz olduğu bildirilmişdir. Anime geniş izləyici kütləsi üçün "uyğun" görülmüş və "moe anime" streotipinə meydan oxuduğu qeyd olunmuşdur. Komediya elementləri köhnə dəbli və axmaq kimi qiymətləndirilsə də, ümumilikdə ciddi səhnələrə rahatlıq gətirdiyinə görə təriflənmişdir. Hətta bir tənqidçi bunu "damaq təmizləyicisi" adlandırmışdır. P.A. Works gözəl animasiya səhnələrinə və təsirləndirici kinematoqrafına görə müsbət rəylər almışdır.
Məzmun
redaktə"Charlotte"-da hadisələr alternativ reallıqda baş verir. Bu dünyada hər 75 ildən bir Yerin yaxınlığından Charlotte adlı kometa keçir. Bu hadisə baş verəndə kometanın toz hissəcikləri Yerə yayılır və toz hissəciklərini özünə çəkən uşaqlar yetkinlik yaşına qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu başqa bir insanın bədənini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Yuu bu gücündən məktəbdə saxtakarlıq etmək üçün istifadə etməyə qərar verir, lakin spesifik hədəf üçün özünü görünməz edə bilən Nao Tomori adlı qız onu ifşa edir. Nao onu Hoşinomi Akademiyasına (星ノ海学園, Hoshinoumi Gakuen?, azərb. Ulduzlar Dənizi Akademiyası) keçməyə və prezidenti olduğu məktəb şurasına qatılmağa məcbur edir. Məktəb şurasının başqa üzvü də kontrol edilə bilməyən çox yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malik Cociro Takacodur. Məktəb şurasının əsas vəzifəsi xüsusi gücləri olan uşaqları onları təcrübələrinə cəlb etmək istəyən alimlərdən qorumaqdır. Bunu edərkən məktəb şurası bu cür uşaqlara güclərindən istifadə etmələrinin təhlükəli olduğunu deyir. Onlar sonda ölmüş insanlarla medium kimi əlaqə saxlamaq qabiliyyətinə malik Yusa Nişimori ilə rastlaşırlar. Yusanın ölmüş bacısı Misa bunun sayəsində istədiyi zaman Yusanın bədənini idarə edir. Misanın özü isə pirokinez gücünə sahibdir. Tezliklə Yusa Hoşinomi Akademiyasına keçir və məktəb şurasına qoşulur.
Tezliklə Yuunun kiçik bacısı Ayuminin hər tərəfi viran qoymaq qabiliyyəti oyanır və bu, Ayuminin ölümünə səbəb olur. Yuu dərin depresiyaya düşür və özünü təcrid edir. Lakin Nao onun əhvalını dəyişir və məktəb şurasına qayıtmasına kömək edir. Yuu Nao ilə Zhiend post-rok qrupunun konsertinə gedir, konsert zamanı zaman səyahəti bacarığına malik böyük qardaşı Şunsukenin mövcudluğunu xatırlayır. Şunsuke bu bacarığından Hoşinomi Akademiyasını və vaksin düzəldən təşkilatı qurmaq üçün istifadə edibmiş, Yuu və Ayumini təhlükəyə atmamaq üçün isə Maedomarinin köməyi ilə onların özü haqqındakı xatirələrini sildiribmiş. Lakin gücündən çox işlətdiyindən kor olub və gücündən artıq istifadə edə bilmir. Yuu öyrənir ki, onun əsl bacarığı digərlərinin güclərini oğurlamaqdır. Yuu Şunsukenin bacarığını götürür və keçmişə gedərək bacısı Ayuminin ölümünün qarşısını ala bilir.
Bir terrorist qruplaşma Nao və Şunsukenin ən yaxın dostu Kumaqamini əsir götürür və Yuunun qarşılığında onları buraxacağını bildirir. Yuu onları xilas etməyə gedir. Lakin işlər yolunda getmir: Kumaqami ölür, Yuu ağır yaralanır. Sağaldıqdan sonra Yuu vacib qərar alır: bütün dünyanı səyahət edin bütün bu güclərə malik olan uşaqların güclərini oğurlayacaq. Yuu dünya səyahətinə çıxır, lakin insanların güclərini oğurladıqca yaddaşı getdikcə zəifləyir. O, taqətdən düşənə qədər bütün gücləri oğurlaya bilir. Şunsuke Yuunu xilas edir, onu Yaponiyaya — ailəsinin və dostlarının arasına gətirir. Yuu keçmişi ilə bağlı heç nə xatırlamadığını deyir, lakin Nao ona özünü sevgilisi kimi təqdim edir. Bu andan etibarən Yuu və dostları xoşbəxt yaşamağa başlayırlar.
Personajlar
redaktəƏsas
redaktə- Yuu Otosaka (乙坂 有宇, Otosaka Yuu?)
- Səsləndirən: Koki Uçiyama[3]
- Yuu anime serialının baş qəhrəmanıdır. Digər insanların bədənlərini beş saniyəliyinə idarə etmək gücünə malik olduğunu öyrənəndən sonra ədəbsiz və narsist şəxsiyyətə malik olmuşdur.s 1 Amma əslində gücü digər insanların güclərini oğurlamaqdır.s 9 Yuu Hoşinomi Akademiyasında birinci sinif tələbəsidir və məktən şurasına qatılmağa məcbur edilib. Əvvəlki məktəbinin saxta fəxri şagirdi olan Yuu ilk başda şuraya kömək etməkdə istəksiz olur,[4]s 2 lakin daha sonra yavaş-yavaş narsist şəxsiyyəti aradan qalxmağa və ətrafındakılara qayğı göstərməyə başlayır.s 9, s 12 Hekayənin gedişatında Zhiend post-rok qrupunun fanatına çevrilir və Nao Tomoriyə vurulur.s 8 Bütün dünyadakı gücləri oğurlamaq üçün çıxdığı dünya səyahətindən sonra Yuu keçmişi ilə bütün xatirələrini unudur.s 13 Böyük qardaşı Şunsuke, kiçik bacısı Ayumidir.s 1, s 9
- Nao Tomori (友利 奈緒, Tomori Nao?)
- Səsləndirən: Ayane Sakura[3]
- Nao Hoşinomi Akademiyasının birinci sinif tələbəsidir və məktəb şurasının üzvüdür.s 1 Çalışqan, ağıllı və sayıq qızdır, lakin həmçinin narsist, özünü bəyənən və tez əsəbləşəndir.s 2, s 3 Bacarığı özünü görünməz etməkdir, lakin ancaq seçdiyi bir şəxsə görünməyə bilir.[4] O, bu bacarığından döyülməyə layiq şəxslərə qarşı işlədir, lakin məktəbin digər qız şagirdləri tərəfindən döyülməsinə səbəb olur. İlk başlarda Yuu qarşı marağı olmasa da,s 1 sonda ona vurulur və Yuu yaddaşını itirəndə ona sevgilisi olduğu bildirir.s 13 Nao Zhiend post-rok qrupunun böyük fanatıdır. Onun Kazuki (一希, səsləndirən: Kazuyuki Okitsu?) adlı böyük qardaşı vibrasiyanı idarə etmək bacarığına malik idi və bu gücdən gitara çalarkən istifadə edirdi.s 2
- Cociro Takaco (高城 丈士朗, Takajō Jōjirō?)
- Səsləndirən: Takahiro Mizuşima[3]
- Cociro Hoşinomi Akademiyasında təhsil alır və məktəb şurasının üzvüdür. Onun qabiliyyəti çox sürətlə hərəkət etməkdir, lakin sürətini kontrol edə bilmir, buna görə tez-tez yaralanır.s 1 Özünü qorumaq üçün paltarının altından qoruyucu geyinir.[4] Yusa Nişimorinin böyük fanatıdır və tez-tez onunla gəzir.s 3
- Yusa Nişimori (西森 柚咲, Nishimori Yusa?) / Yusa Kurobane (黒羽 柚咲, Kurobane Yusa?)
- Səsləndirən: Maaya Uçida[3]
- Yusa (və ya Yusarin) Hoşinomi Akademiyasında təhsil alır və məktəb şurasının üzvüdür.s 4 Parlaq və günahsız şəxsiyyətə malikdir. O, məşhur müğənnidir və How-Low-Hello musiqi qrupunun üzvüdür. Əsl soyadı Kurobanedir, amma səhnə soyadı Nişimoridir.s 3 Qabiliyyəti ölmüş insanlarla medium kimi əlaqə saxlamaqdır. Lakin əslində belə qabiliyyətə malik olduğundan bixəbərdir. Ruhlarla əlaqə saxlayanda sadəcə yatdığını düşünür.s 3
- Misa Kurobane (黒羽 美砂, Kurobane Misa?)
- Səsləndirən: Maaya Uçida[3]
- Misa Yusanın 1 yaş böyük bacısıdır. Hadisələrin başlamasında 6 ay əvvəl bir qəzada ölmüşdür. Misa istədiyi zaman Yusanın bədənini ələ keçirə bilir. Bu zaman Yusanın göz və saç rəngi dəyişir. Yusanın bədənini kontrol edərkən öz gücündən — pirokinezdən istifadə edə bilir. Misa bacısından fərqli olaraq sərt qızdırs 3 və bacısına pis davrananlara qarşı sərt davranmaqdan çəkinmir.s 12 Yuu Yusanın gücünü götürdükdən sonra Misa yoxa çıxır.
- Ayumi Otosaka (乙坂 歩未, Otosaka Ayumi?)
- Səsləndirən: Momo Asakura[3]
- Ayumi Yuu və Şunsukenin kiçik bacısıdır və çox energetik qızdır.s 1 Çox günahsız şəxsiyyətə malikdir və həmişə Yuunun qayğısına qalıb ona mənəvi dəstək verir. Ayumi tez-tez Yuu üçün yemək bişirir və hər bişirdiyi yeməyə pizza sousu əlavə etmək kimi tendensiyası var. Yuunun bundan xoşu gəlməsə də, bacısının xətrinə dəyməmək üçün ona heç nə demir.s 2, s 3 How-Low-Hello musiqi qrupunun və Yusanın böyük fanatıdır.s 6 Sonda Ayuminin hər yeri viran etmək qabiliyyəti oyanır, lakin Yuu ölümünün qarşısını almaq üçün gücünü oğurlayır.s 10
Digər
redaktə- Şunsuke Otosaka (乙坂 隼翼, Otosaka Shunsuke?) Yuu və Ayuminin böyük qardaşıdır, zaman səyahəti qabiliyyətinə malikdir. Şunsuke bu qabiliyyətindən istifadə edərək güclərə malik uşaqları qorumaq üçün Hoşinomi Akademiyasını qurmuşdur. Lakin gücündən həddən artıq çox istifadə etdiyindən kor olmuşdur və bu gücündən artıq istifadə edə bilmir.s 10 Daysuke Ono tərəfindən səsləndirilmişdir.
- Kumaqami (熊耳?) Hoşinomi Akademiyasının müəmmalı tələbəsidir. Güclərə malik uşaqların yerlərini və güclərini tapa bilir. Məktəb şurasına gücə malik uşaqların tapılmasında kömək edir.s 2 Əslində isə Şunsuke üçün işləyir və ləqəbi Puxdur.s 10 Naounu qoruyarkən ölür.s 11 Eyci Takemoto tərəfindən səsləndirilmişdir.
- Medoki (目時?) hipnotizm qabiliyyətinə malik qızdır. Başqalarını hipnoz ilə yatızdıra bilir, lakin özü də yuxulayır. Şunsuke üçün işləyir.s 10 Asami Seto tərəfindən səsləndirilmişdir.
- Şiçino (七野?) qatı maddələrdən keçmək qabiliyyətinə malikdir, lakin bu, onun çox güc sərf etməsinə səbəb olur. Şunsuke üçün işləyir.s 10 Kenqo Kavanişi tərəfindən səsləndirilmişdir.
- Maedomari (前泊?) başqalarının xatirələrini silmək qabiliyyətinə malikdir, lakin bunun üçün fiziki təmasa və axtarılan xatirələri tapmaq üçün vaxta ehtiyacı var. Şunsuke üçün işləyir.s 10 Natsuki Hanae tərəfindən səsləndirilmişdir.
İstehsal
redaktəKonsepsiya
redaktə"Charlotte" animesinin yaradıcıları Key-in əməkdaşları olan Cun Maeda və Na-Ga-dır. "Charlotte" "Angel Beats!"-dən (2010) sonra Key şirkətinin ikinci orijinal anime serialıdır.[5] 2012-ci ilin əvvəlində Aniplex-dən Hironori Toba Cun Maeda ilə görüşdü və ona P.A. Works studiyasının prezidenti Kenci Horikavanın yeni anime serialı üzərində işləmək istədiyini bildirdi. Maeda təəccübləndi, çünki P.A. Works studiyası ilə bir daha işləyəcəyini gözləmirdi. Horikava başa saldı ki, istehsalçı komanda "Angel Beats!"-in istehsalı zamanı tam həyata keçirilə bilməyən şeylərdən indi istifadə edə bilər. Maeda başqa anime serialının istehsalında iştirak edəcəyini düşünmürdü, lakin onun dediyinə görə Horikava ilə bu mövzu ilə bağlı müzakirə apardıqdan sonra təklifi qəbul etməkdən başqa seçimi yox idi. Toba Maedadan "Key tərzində hekayə" yazmasını xahiş etdi və Maeda "Angel Beats!" üzərində işləyərkən əldə etdiyi təcrübələrdən istifadə etməyə başladı. Maeda anime serialı üçün hansı növ qurma və hekayənin daha uyğun gələcəyini müəyyənləşdirmək üçün "təcrübə-səhv" prinsipindən istifadə etdi.[6]
"Charlotte" üzərində işləməzdən uzun müddət əvvəl Maeda personajların qüsurlu supergüclərə malik olduğu və baş verən insidentləri aradan qaldırmaq üçün birlikdə işləməli olduğu hekayə düşünmüşdü.[7] Maeda Tobaya hekayə üçün 3 ayrı ideya təqdim etdi və hansı ideyanın onun daha çox xoşuna gəldiyini soruşdu. Tobanın digər iki ideyadan birini bəyənməsinə baxmayaraq Meada gələcəkdə "Charlotte" animesinin hekayəsi olacaq hekayə üzərində işləmək istədiyi bildirdi.[8] Hekayəni yazarkən Maeda "Angel Beats!"-in istehsal zamanı etdiklərini yenidən düşündü. Xüsusilə, personajların davranışlarına daha çox diqqət ayırmağa qərar verdi.[6] Maeda "Angel Beats!"-ə nisbətən "Charlotte"-da əsas personajların sayını azaltdı, belə ki, "Angel Beats!"-də bu səbəbdən personajların çoxuna lazımı qədər diqqət ayrıla bilməmişdi.[9] Toba hiss etdi ki, Maeda əvvəlki işi olan "Angel Beats!"-dən təsirlənir.[8]
Maeda "Charlotte"-nın hekayəsini yazarkən "Angel Beats!"-də həddən artıq çox olan personajların səbəb olduğu problemləri də nəzərə aldı. Məsələn, Na-Ga "Angel Beats!" üçün personajları dizayn edərkən onların bir-birilərinə bənzəyəcəyindən narahat idi və bu təcrübəsindən "Charlotte" animesinin istehsalında istifadə etdi.[10] Cociro Takaco ilk başda indikindən tamamilə fərqli görünüşə və şəxsiyyətə malik idi, lakin istehsal prosesinin gedişatında "Angel Beats!"-in yan personajlarından biri olan Takamatsuya bənzədi. Maeda Yuu Otosakanı "Charlotte"-nin əvvəlində fırıldaqçı kimi göstərməyə çoxdan qərar vermişdi, çünki əvvəllər belə personaj yaratmamışdı.[7] Anime serialı üçün ad seçərkən Maedanın dostu Taysey Nakaqaqa "Angel Beats!"-in abreviaturası olan "AB"-yə oxşar olması üçün "AA" kimi ixtisar oluna biləcək bir ad seçməyi təklif etdi.[9] Maeda bu təklifi bəyənmədi və "Charlotte"-nın daha yaxşı ad olduğunu düşündü. Maedanın "Charlotte" sözünü seçmə səbəbi Yaponiya musiqi qrupu Art-School tərəfindən ifa olunan "Charlotte" (シャーロット, Shārotto?) mahnısı ilə bağlı idi.[11]
Yaradılma
redaktə"Charlotte"-nı istehsal edəcək komandanı müəyyənləşdirmək məsələsi ortaya çıxanda Toba düşündü ki, "Angel Beats!" üzərində işləyən komandadan fərqli komanda toplasın. Toba fikirləşirdi ki, belə olan halda yeni anime serialının istehsal prosesinə yeni müxtəliflik əlavə oluna biləcək və "Angel Beats!"-dən təsirlənməsinin qarşısı alınacaq. Bu fikri ağlında saxlayan Toba "Angel Beats!"-i yaxşı başa düşən və "Charlotte" üçün uyğun olacaq bir rejissor axtarmağa qərar verdi və Yoşiyuki Asay ilə maraqlanmağa başladı. Toba Asayın "Angel Beats!"-in istehsalı zamanı iki seriya üzərində işlədəyini nəzərə aldı və onun ilk rejissorluq təcrübəsi üçün "Charlotte" animesinin uyğun gələcəyi fikrinə qapıldı. Toba Asayın həm gülməli, həm də ciddi səhnələrin öhdəsindən gələcəyini düşünürdü.[12] Horikava "Charlotte"-nın tamamlanmamış ssenarisinə baxanda Maedaya onun "Angel Beats!"-in malik olduğu canfəşanlığı hiss etdirmədiyini ifadə etdi. Lakin bütün ssenarini görəndə Horikavanın bununla bağlı narahatçılıqları yox oldu və Maeda rahatladı.[9]
Bütün ssenari hələ qaralama halda ikən Maeda Na-Ga da daxil olmaqla digərlərinin rəylərini aldı və qeyri-təbii görünən hissələri yenidən işlədi.[6] Ssenarini yazarkən Maeda "Angel Beats!"-dən fərqli olaraq "Charlotte"-ya anime serialı prespektivindən yanaşdı. Beləki, Maeda "Angel Beats!" üzərində işləyərkən videooyun prespektivindən yanaşdığını etiraf etmişdi.[10] Bu yolla Toba hiss etmişdi ki, Maedanın bu əsəri "Angel Beats!"-dən fərqli olaraq videooyuna adaptasiya oluna bilməyəcək. Toba qeyd etmişdi ki, "Charlotte"-nın personajları, xüsusilə baş qəhrəman videooyun ssenarisi üçün yazılmamışdı. Həm Toba, həm də Horikava "Charlotte"-nın Maeda üçün yazılmış eqo-romana yaxın olduğunu bildirmişdilər. Toba başa salmışdı ki, bu, Maedanın videooyun ssenarisi yazmaqdan irəli gələn məhdudiyyətləri aradan qaldırmaq üçün göstərdiyi səylərin bir nəticəsi idi.[8]
Horikava personaj dizayneri kimi "Angel Beats!"-in 9-cu seriyasının animasiya rejissoru olan Kanami Sekiquçini seçdi və Toba onun Na-Ga-nın orijinal dizaynlarını necə işləyəcəyini səbirsizliklə gözləməyə başladı.[12] Art-direktor seçmək növbəsi çatanda iş yerindəki fəallığına və Horikavanın onun bacarığına olan güvəninə görə Kazuki Hiqaşici seçildi (Hiqaşici "Angel Beats!"-in də art-direktoru idi). "Angel Beats!"-in səs rejissoru olmuş Satoki İida bu dəfə də "Charlotte"-nın səs rejissoru oldu və "Angel Beats!"-də etdiyi kimi bu animenin də ssenarinin qaydaya salınmasında kömək etdi. İida Maeda ilə olan yaxşı əlaqəsinə görə seçilmişdi və buna görə də "Angel Beats!" üzərində işləyərkən əldə etdiyi təcrübədən maksimum istifadə edə biləcəkdi.[12] How-Low-Hello musiqi qrupu üçün musiqi bəstələyərkən Maeda 1990-cı illərdə tələbə ikən bəstələdiyi mahnılardan yenidən istifadə etdi, çünki onların ən yaxşı olduğunu düşündü. Onun mahnıları bəstələrkən istifadə etdiyi konsepsiya "erkən B'z" idi.[9]
Media
redaktəManqa
redaktəHaruka Komovata tərəfindən çəkilmiş "Charlotte The 4-koma: Seishun o Kakenukero!" (Charlotte The 4コマ せーしゅんを駆け抜けろ!?) adlı yonkoma ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalının 30 mart 2015-ci ildə satışa buraxılmış may 2015 buraxılışında nəşr olunmağa başlamışdır.[13] Manqanın ilk tankobon cildi 26 sentyabr 2015-ci ildə buraxılmışdır.[14] İkinci cild isə 27 iyul 2017-ci ildə nəşr olunmuşdur.[15] Makoto İkezava və Yuu Tsurusakinin rəssamlığı ilə istehsal olunmuş "Charlotte" adlı ikinci manqa "Dengeki G's Comic" jurnalının 30 iyul 2015-ci ildə satışa buraxılmış sentyabr 2016 buraxılışında nəşr olunmağa başlamışdır.[16] "Charlotte" manqası həmçinin Kadokawa Corporation şirkətinin ComicWalker veb-saytı vasitəsilə yayımlanır.[17] "Charlotte" manqasının ilk tankobon cildi 27 avqust 2015-ci ildə buraxılmışdır.[16][18] 10 mart 2017-ci ilə qədər 3 cildi nəşr olunmuşdur.[19]
Cild siyahısı
redaktə- Charlotte The 4-koma: Seishun o Kakenukero!
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 26 sentyabr 2015[14] | ISBN 978-4-04-865405-0 |
2 | 27 iyul 2016[20] | ISBN 978-4-04-865972-7 |
- Charlotte
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 27 avqust 2015[18] | ISBN 978-4-04-865427-2 |
2 | 27 may 2016[21] | ISBN 978-4-04-865973-4 |
Anime
redaktə"Charlotte" anime serialı Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuşdur.[22][23][24] Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır.[25] Anime serialının ideya müəllifi Cun Maeda ssenarini yazmışdır. Baş animasiyaçılar Noboru Suqimitsu və Kanami Sekiquçi olmuşdurlar. Sekiquçi Na-Ga-nın orijinal dizaynlarından istifadə edərək anime üçün personajları dizayn etmişdir. Satoki İida səs və musiqi rejissoru olmuşdur.[24] Anime serialı yeddi BD/DVD cildi şəklində məhdud və daimi nəşrlərlə 23 sentyabr 2015-ci ildən 30 mart 2016-cı ilə kimi buraxılmışdır.[26][27] Yeddinci cildə OVA seriyası daxil edilmişdir.[28] Birinci, üçüncü və beşinci cildlərə Maeda tərəfindən yazılmış və animenin seyyuuları tərəfindən səsləndirilmiş 3 Drama CD əlavə olunmuşdur.[26][29][30] Şimali Amerikada anime Aniplex of America tərəfindən səsləndirilmiş, Aniplex Channel, Crunchyroll, Hulu, Daisuki, Viewster və Animax Asia vasitəsilə yayımlanmışdır.[31][32] Madman Entertainment anime serialını Avstraliya və Yeni Zelandiya üçün lisenziyalaşdırmış və AnimeLab vasitəsilə yayımlamışdır.[33]
Animenin musiqisi Maeda, Hikarişuyo və Anant-Garde Eyes qrupu tərəfindən bəstələnmişdir.[34] Musiqi Key şirkətinin Key Sounds Label səs leyblı tərəfindən buraxılmışdır. "Bravely You / Yakeochinai Tsubasa" (灼け落ちない翼?) sinqlı 26 avqust 2015-ci ildə məhdud (CD+DVD) və daimi (CD) nəşrlərlə buraxılmışdır. Məhdud nəşrin DVD-sinə açılış və bağlanış videolarının sözlərsiz variantı daxil edilmişdi.[35] Hekayədə iki uydurma musiqi qrupu var: How-Low-Hello (Maaya Uçida) və Zhiend (Marina). Hər iki musiqi qrupu üçün 2015-ci ildə bir albom və bir sinql buraxılmışdır. How-Low-Hello qrupunun "Rakuen Made / Hatsunetsu Days" (楽園まで/発熱デイズ?) sinqlı 2 sentyabrda, "Smells Like Tea, Espresso" albomu 20 sentyabrda buraxılmışdır. Zhiend qrupunun "Trigger" sinqlı 9 sentyabrda, "Echo" albomu 14 oktyabrda (həm yaponca, həm də ingiliscə sözlərlə; iki CD seti şəklində) buraxılmışdır. Animenin orijinal saundtreki isə 4 noyabr 2015-ci ildə iki CD seti şəklində buraxılmışdır.[35]
Anime serialını reklam etmək məqsədilə Niconico vasitəsilə 6 iyuldan 28 sentyabr 2015-ci ilə kimi "Charlotte Radio: Tomori Nao no Seitokai Katsudō Nikki" (Charlotteラジオ 〜友利奈緒の生徒会活動日誌〜, azərb. "Şarlotta radiosu: Nao Tomorinin məktəb şurası fəaliyyəti qeydləri"?) adlı həftəlik internet-radio verilişi yayımlanmışdır və verilişin 13 yayımı baş tutmuşdur.[36][37] Veriliş Hibiki radio stansiyası və Onsen vasitəsilə də yayımlanmış, aparıcısı Ayane Sakura (Nao Tomorinin səsləndiricisi) olmuşdur. Verilişin iki yığma CD cildi 30 sentyabr 2015-ci ildən 27 yanvar 2016-cı ilə kimi buraxılmışdır.[37]
Qəbul
redaktəAnime News Network-un tənqidçisi Qabriella Ekens animeni "formalaşdırıcı müstəsna, xatirələri oyadan səhnələrinə" görə tərifləmiş, amma onları daha böyük rəsmin içində görməyə çalışarkən problem yarandığını qeyd etmişdir. Ekens animenin gedişatını və strukturunu tənqid etmiş, onu "uzanan narrativ ideyaların təsirsiz kolleksiyası" adlandırmış və bunu "Anohana"-nın qəflətən "Darker than Black"-ə çevrilməsi ilə müqayisə etmişdir. Ekens qeyd etmişdi ki, animenin tematik məqsədi Cun Maedanın "Madoka Magica"-nın əmələ gətirdiyi emosional dilemmalara əsaslanan melodramatik təkmilləşdirmə üçün əldə etdiyi şans kimi görünür. Ümumilikdə "Charlotte" əyləncə dəyərinə və gözlənilməzliyinə görə təriflənmiş, lakin "incəsənət işi kimi xəyal qırıqlıqlarına" görə tənqid olunmuşdur.[38][39] Daha əvvəl Erkens animenin "kəskin yumor zamanlamasına" malik olduğunu və dördüncü seriyaya qədər komediya elementlərinin "Plastic Memories" animesindəkindən daha əyləncəli olduğunu bildirmişdi. Erken "komediya elementlərinin köhnə dəbli olduğunu demiş, lakin animenin komediyasını bəyənmiş və bəyənmə səbəblərinin "Seraph of the End: Vampire Reign" animesinin komediyasını bəyənmə səbəbləri ilə eyni olduğunu qeyd etmişdir.[40] The Fandom Post-dan Kris Beveric "Charlotte"-nın gözlənilməzliyini "valehedici", animasiyasını isə "gözəl" hesab etmişdir.[41] Ekens P.A. Works studiyasını dinamik rejissorluğa və "aydın, qəlboxşayan estetika" təklif edən "təsirli kinematoqrafına" görə tərifləmişdir.[39]
"Mainichi Shimbun" qəzetinin Mantanweb portalındakı bir sütunda "Charlotte" bəzi xüsusiyyətlərinə görə təriflənmişdir.[42] Tənqidçi Ryo Koaray "Charlotte"-nı tövsiyə etmiş, Yuu Otosakanın gündəlik həyatda gücündən necə istifadə etməyi ilə ziddiyyət təşkil edən təəccübləndirici və öyrəşilməmiş şəxsiyyətinin izləyicini ilk seriyadan etibarən özünə çəkdiyini bildirmişdir.[43] Yazıçı Seyci Nakazava animeni ilk baxışdan "moe streotipinə" meydan oxuduğuna və "insan dramı" kimi təsvir etdiyi "şey" olduğuna görə tərifləmişdir.[44] O qeyd etmişdir ki, "Charlotte" demək olar ki, Maedanın əvvəlki işləri kimi eyni yolla yazılmışdır: izləyicini rahatlatmaq üçün ciddi səhnələrin arasına zarafatlar daxil edilmişdir. Nakazava etiraf etmişdi ki, bəziləri "Charlotte"-dakı zarafatları axmaq hesab edə bilər, lakin zarafatları uyğun hesab etmiş və onları "damaq təmizləyicisinə" bənzətmişdir.[44]
"Charlotte"-nın yeddi yığma Blu-ray cildi Oricon-un həftəlik Blu-ray satışları çartının (animasiya üçün) top on beşliyinə daxil olmuşdur. Birinci cildi 1-ci yerdə,[45] ikinci cild 6-cı yerdə,[46] üçüncü cild 9-cu yerdə,[47] dördüncü cild 4-cü yerdə,[48] beşinci cild 10-cu yerdə,[49] altıncı cild 13-cü yerdə[50] və yeddinci cild 3-cü yerdə qərarlaşmışdır.[51] Açılış və bağlanış mahnılarından ibarət "Bravely You / Yakeochinai Tsubasa" sinqlı Oricon-un həftəlik sinqllar çartında 4-cü yerdə debüt etmiş və ilk həftəsində 23.000-dən çox nüsxə satmışdır.[52] How-Low-Hello qrupunun "Rakuen Made / Hatsunetsu Days" sinqlı Oricon-un həftəlik sinqllar çartında 9-cu yerdə debüt etmiş və ilk həftəsində təxminən 9.300 nüsxə satmışdır.[53] How-Low-Hello qrupunun "Smells Like Tea, Espresso" albomu Oricon-un həftəlik albomlar çartında 12-ci yerdə debüt etmiş və ilk həftəsində təxminən 9.500 nüsxə satmışdır.[54] Zhiend qrupunun "Trigger" sinqlı Oricon-un həftəlik sinqllar çartında 9-cu yerdə debüt etmiş və ilk həftəsində təxminən 14.000 nüsxə satmışdır.[55] Zhiend qrupunun "Echo" albomu Oricon-un həftəlik albomlar çartında 4-cü yerdə debüt etmiş və ilk həftəsində təxminən 10.300 nüsxə satmışdır.[56] "Charlotte"-nın orijinal saundtreki isə Oricon-un albomlar çartında 9-cu yeri tutmuş və buraxıldığı ilk həftədə təxminən 6.600 nüsxəsi satılmışdır.[57]
Qeydlər və istinadlar
redaktə- Qeydlər
- ↑ anime serialının seriyalarını göstərir.
- Ümumi
- "November issue". Monthly Newtype (Japanese). Kadokawa Shoten. 2015. ASIN B015H35TM8.
- Spesifik
- ↑ Ekens, Gabriella. "Episode 6 - Charlotte". Anime News Network. August 11, 2015. December 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2016.
P.A. Works' direction and production also continue to be fantastic, nailing the tonal gamut from comedy to drama to suspense.
- ↑ Ekens, Gabriella. "Episodes 1-3 - Charlotte". Anime News Network. July 18, 2015. September 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2016.
It turns out that he's part of a widespread phenomenon of children manifesting superpowers at puberty.
- ↑ 1 2 3 4 5 6 "Charlotte Anime's 1st Episode Preview Video, Visuals Posted". Anime News Network. June 20, 2015. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2016.
- ↑ 1 2 3 "Visual Art's/Key Stream Charlotte Anime's TV Ad". Anime News Network. March 5, 2015. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2015.
- ↑ "Visual Art's/Key Stream Charlotte Anime's TV Ad". Anime News Network. March 5, 2015. July 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2015.
- ↑ 1 2 3 "TVアニメ『Charlotte』放送直前! 麻枝准×Na-Gaが語る制作中の裏話" (Japanese). ASCII Media Works. July 4, 2015. October 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2015.
- ↑ 1 2 "麻枝 准 独占インタビュー 後編" (Japanese). P.A.Works. October 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2015.
- ↑ 1 2 3 ""Charlotte & Angel Beats! presents スタッフトークイベント in 大阪"ニコ生まとめリポート" (Japanese). ASCII Media Works. June 23, 2015. October 1, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2015.
- ↑ 1 2 3 4 "麻枝 准 独占インタビュー 前編" (Japanese). P.A.Works. October 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2015.
- ↑ 1 2 "『Charlotte(シャーロット)』放送まで6時間! 麻枝 准氏×Na-Ga氏の対談をお届け!!" (Japanese). ASCII Media Works. July 4, 2015. October 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2015.
- ↑ Newtype, November issue,, 2015. səh. 97
- ↑ 1 2 3 "『Charlotte』最新PV公開! 鳥羽洋典氏と堀川憲司氏にスタッフィングの狙いを直撃" (Japanese). ASCII Media Works. April 2, 2015. June 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
- ↑ "麻枝准氏の新作アニメ『Charlotte』の4コマコミック連載スタート!!" (Japanese). ASCII Media Works. March 24, 2015. July 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2016.
- ↑ 1 2 "Charlotte The 4コマ (1)" (yaponca). ASCII Media Works. 15 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2016.
- ↑ "Charlotte The 4コマ (2) せーしゅんを駆け抜けろ!" (Japanese). ASCII Media Works. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
- ↑ 1 2 "『Charlotte(シャーロット)』放送直前! G's連載作家からの応援イラストが到着です‼" (Japanese). ASCII Media Works. July 3, 2015. July 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2016.
- ↑ "Charlotte". ComicWalker (Japanese). Kadokawa Corporation. 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2016.
- ↑ 1 2 "Charlotte(1)" (yaponca). ASCII Media Works. 15 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2016.
- ↑ "Charlotte (3)" (Japanese). ASCII Media Works. 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
- ↑ "Charlotte The 4コマ (1)" (yaponca). ASCII Media Works. 15 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2016.
- ↑ "Charlotte(2)" (yaponca). ASCII Media Works. 15 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2016.
- ↑ "Key・麻枝准氏の新作アニメ『Charlotte』が2015年に放送! 制作はP.A.WORKS" (Japanese). ASCII Media Works. December 22, 2014. February 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Key Visual Arts Announces Charlotte TV Anime for 2015". Anime News Network. December 22, 2014. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ 1 2 "Staff and Schedule for "Charlotte" Anime Updated". Crunchyroll. March 27, 2015. September 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotte" (Japanese). Agency for Cultural Affairs (Japan). 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ 1 2 "Charlotte(シャーロット) 1" (Japanese). P.A.Works. 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotte(シャーロット) 7" (Japanese). P.A.Works. 2016-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotte's 7th Blu-ray/DVD to Have Unaired Episode". Anime News Network. September 5, 2015. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotte(シャーロット) 3" (Japanese). P.A.Works. 2015-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotte(シャーロット) 5" (Japanese). P.A.Works. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Aniplex USA to Simulcast Classroom Crisis, Charlotte, Wagnaria!!3 Anime". Anime News Network. June 24, 2015. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Animax Asia Will Simulcast Charlotte TV Anime". Anime News Network. July 3, 2015. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotte". AnimeLab. Facebook. June 25, 2015. May 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Staff & Cast" (Japanese). P.A.Works. 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ 1 2 "Charlotte Music Special Site" (Japanese). Key Sounds Label. 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Charlotteラジオ ~友利奈緒の生徒会活動日誌~ 第1回について" (Japanese). P.A.Works. July 6, 2015. August 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ 1 2 "Charlotteラジオ ~友利奈緒の生徒会活動日誌~" (Japanese). Onsen. 2015-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
- ↑ "Episode 13 - Charlotte". Anime News Network. September 27, 2015. January 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ 1 2 "Episodes 1-3 - Charlotte". Anime News Network. July 18, 2015. September 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Episode 4 - Charlotte". Anime News Network. July 26, 2015. October 31, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ Beveridge, Chris. "Charlotte Episode #01 Anime Review" (Japanese). The Fandom Post. July 13, 2015. January 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "2015年夏アニメ短評:アニメ記者が独断と偏見で語る(後編)". Mantanweb (Japanese). Mainichi Shimbun. August 2, 2015. August 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ Koarai, Ryō. "2015年夏アニメ:目立つ"異種族ハーレムもの"". Mantanweb (Japanese). Mainichi Shimbun. July 31, 2015. October 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ 1 2 "今からでも見ておくべき2015年夏アニメ 『Charlotte(シャーロット)』". Rocket News 24 (Japanese). Socio Corporation. September 8, 2015. October 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, September 21–27". Anime News Network. September 29, 2015. 2015-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, October 26-November 1". Anime News Network. November 3, 2015. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, November 22–29". Anime News Network. December 1, 2015. 2015-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, December 28-January 3". Anime News Network. January 6, 2016. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, January 25-31". Anime News Network. February 2, 2016. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, February 22-28". Anime News Network. March 1, 2016. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, March 28-April 3". Anime News Network. April 5, 2016. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "オリコン週間 CDシングルランキング 2015年08月24日~2015年08月30日" (Japanese). Oricon. September 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "週間 CDシングルランキング 2015年08月31日~2015年09月06日" (Japanese). Oricon. September 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "オリコン週間 CDアルバムランキング 2015年09月28日~2015年10月04日" (Japanese). Oricon. October 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "週間 CDシングルランキング 2015年09月07日~2015年09月13日" (Japanese). Oricon. September 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "週間 CDアルバムランキング 2015年10月12日~2015年10月18日" (Japanese). October 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
- ↑ "週間 CDアルバムランキング 2015年11月02日~2015年11月08日" (Japanese). November 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
Xarici keçidlər
redaktə- charlotte-anime.jp — Rəsmi saytı (yap.)
- charlotteanime.com — Rəsmi saytı
- Charlotte (anime) Anime News Network Ensiklopediyasında