Ceyran Hasimova - Wikipedia
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti.
Ceyran Haşımova | |
---|---|
Ceyran Əsəd qızı Haşımova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 mart 1934 (90 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | muğam |
Musiqi aləti | tar |
Mükafatları |
Həyatı
redaktəCeyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur. Ceyran Haşımova Sovet İttifaqı dövründə və Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bir sıra medallara və fəxri adlara layiq görülmüşdür:
- 1985 – "Əmək veteranı" medalı
- 1987 – "Əməkdar Artist" fəxri adı
- 2003 – Prezident Təqaüdçüsü
- 2004 – Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri" nişan
- 2006 – "Xalq Artisti" fəxri adı
"Lalə" Qızlar ansamblında bir çox müğənnilər – Raziyə Şirinova, Təranə Vəlizadə, Mahrux Muradova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Kəmalə Rəhimli, Firuzə İbadova və s. həmçinin, musiqi alətləri ifaçıları fəaliyyət göstərmişlər.
Tanınmış musiqiçi,"Rast" qrupunun bəddi rəhbəri, bəstəkar və aranjimançı,"Əməkdar artıst" Rəşad Haşımov onun oğludur.
İstinadlar
redaktəMənbə
redaktə- Ülviyyə Sədaqətqızı. "Solmayan "Lalə"" //"Pəncərə" jurnalı.- 2009, № 21. - səh. 46-55.