Ceyms Krilman - Wikipedia
Ceyms Krilman (ing. James Creelman; 12 noyabr 1859[1], Monreal, Kvebek – 12 fevral 1915[1], Berlin) – ABŞ–Kanada müxbiri.[2] Sarı jurnalistikanın nümayəndələrindən biri olmuşdur.
Ceyms Krilman | |
---|---|
Doğum tarixi | 12 noyabr 1859[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1915[1] (55 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCeyms Krilman 1859-cu ildə Monreal şəhərində doğulmuş, 1872-ci ildə Nyu-York şəhərinə köçmüşdür.[2] Burada "Brooklyn Eagle" və "New York Herald" kimi bir neçə qəzetdə işləmişdir.[2] Krilman sarı jurnalist hesab olunurdu, müsahibələrinə və məqalələrinə öz şərhlərini əlavə edirdi.[2] 1894-cü ildə Yaponiya ordusunu müşayiət edərək "New York World" qəzetində Yaponiya-Çin müharibəsini işıqlandırmışdır.[2]
1898-ci ildə Vilyam Rendolf Herst Kuba müstəqillik müharibəsini "New York Journal" qəzetində işıqlandırması üçün onu müxbir kimi tutmuşdur.[2] Krilman Kubanın tərəfini dəstəkləmiş, İspaniyaya məxsus bir blokhauzu ələ keçirmək üçün ABŞ əsgərlərinə kömək etmişdir.[2] Krilman döyüş zamanı yaralanmışdır.[2]
Krilman "New York Journal" üçün yazmağa davam etmiş, 1906-cı ildə dövlət qulluqçusu olmuşdur.[2] Birinci dünya müharibəsini işıqlandırmaq üçün "New York Journal" qəzetinə qayıtmışdır.[2] 1915-ci ildəki ölümünə qədər müxbirlik etməyə davam etmişdir.[2]
Əsərləri
redaktə- "On the Great Highway: The Wanderings and Adventures of a Special Correspondent" (1901, "Böyük yol üzərində: Xüsusi müxbirin səyahətləri və macəraları")
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kenneth, Jackson. The Encyclopedia of New York City (II). Nyu-York: Yale University Press. 2010. 328. ISBN 978-0300114652. İstifadə tarixi: 14 sentyabr 2022.