Cet Li - Wikipedia
Cet Li (ing. Jet Li, tam adı: Li Lyance (çin. 李連杰, 李连杰, Li Lianjie, doğum günü: 26 aprel 1963, Pekin, Çin) — Döyüş sənətləri ustası, aktyor, Uşu çempionu və Beynəlxalq film ulduzudur. Tsui Harkın rəhbərlik etdiyi "Bir dəfə Çində" filmində həqiqi xalq qəhrəmanı və ən böyük Kunq Fu ustası "Vong Fei Hanq"-ın rolunu oynamaqla məşhurlaşdı.
Cet Li | |
---|---|
Li Lyance | |
Digər adları | Çincə-李連杰 (ənənəvi),李连杰 (sadələşdirilmiş) |
Doğum tarixi | |
Doğum yeri | Pekin, Çin |
Vətəndaşlığı |
Çin Sinqapur |
Həyat yoldaşı |
Huang Qiuyan (1987–1990) Nina Li Chi (1999– hal-hazırda) |
Uşağı | 4[1] |
Fəaliyyəti | aktyor, Döyüş sənətləri ustası |
Fəaliyyət illəri | 1982 – hal-hazırda |
IMDb | ID0001231 |
jetli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLi Lian-jie Pekində Çin Xalq Respublikasında anadan oldu. Onun bir qardaşı və iki bacısı var idi. Onun iki yaşı olanda atası vəfat etdi və ailəsi buranı tərk etdi. Onun Uşu istedadı 8 yaşında məktəbin yay kursunda idman dərsinin qaçışlarında məlum oldu. Cet Li Pekin Uşu Akademiyasına yazıldı. Ona məşhur uşunu Li Cufen və Vu Bin kömək edirdi. Vu Bin hətta Linin ailəsinə maddi kömək edirdi. Çünki Cet Li uşu çempionatlarında 15 qızıl medal və 1 gümüş medal qazanmışdı, onun müəllimlərindən biri kimi Vu Binin adı hallanırdı. Çempionatlardan sonra o ABŞ-yə, Prezident Riçard Niksonun yanına getdi. Bir dəfə Nikson ona onun cangüdəni olmağı təklif etdi. Li cavab verdi ki, "Mən istənilən adamı qorumaq istəmirəm. Mən böyüyəndə, mənim kimi milyard çinli həmvətənimi qorumaq istəyirəm!". Bu sözlər onu məşhur etdi və ona böyük hörmət qazandırdı. Cet Li, həmçinin, bir neçə uşu stilinin sahibidir. Bunlar "Çanqçuan" (Şimali Uzun Yumruq Stili) və "Fanqziuçuan" (Düşən Yumruq). O, həmçinin, Baquazan (Səkkiz triqram stili), Tayçiçian (Ali son yumruq), Xinqyiquan (Pələng yumruğu), Zuiçuan (Sərxoş kunq-fu stili), Yinqzaoçuan (Qartal cırmağı stili) və Tanqlanqçuan (Dəvədəlləyi stili) daxil olmaqla başqa fəndləri də öyrənmişdir. Həmçinin, uşunun əsas fəndlərindən bəzilərini Sanciequn-u (Üç bölmə fəndi), Silah, Daosizmi, Cianı (Düz qılınc) və s. fəndləri öyrənmişdi.
Film karyerası
redaktəCet linin Uşu ilə qazanılmış şöhrəti onu kinoulduz kimi aktyorluq karyerasına gətirdi. Onun Çində olan şöhrəti Honkonqda yayıldı. 1982-ci ildə Filippində reklam şirkətində öz həqiqi adını onlara başa salmaq Cet Li üçün çətinlik yaradırdı. Filippinlilər onun aktyorluq karyerasında tez yüksəlməyini təyyarənin anoloji olaraq "havaya qalxmasına" oxşatdılar və beləliklə, onun film emblemlərində adı "Cet Li" kimi yazılırdı. Tezliklə, Cet Li "Reaktiv", yəni, "Döyüşkən" mənasını verən adla məşhurlaşdı və hərkəs onu bu adla çağırırdı. Cet Linin ilk film 1982-ci ildə çəkilmiş "Şaolin məbədi" filmidir. Filmə ona Honkonqda böyük uğur gətirir. Onun Hollivudda çəkildiyi ən gəlirli filmi 1998-ci ildə çəkilmiş "Ölümcül silah 4" filmi olur.[2][3] Həmçinin, Silvestr Stallonenin Cet Li "Qabağıalınmazlar" film seriyalarının hər üç seriyasında çəkilib.[4]
Filmoqrafiya
redaktəİl | Ad | Çincə | Rol | Qeydlər |
---|---|---|---|---|
1982 | Şaolin məbədi | 少林寺 | "Jueh Yuan" | |
1983 | Şaolindən məbədindən uşaqlar | 少林小子 | "San Lung" | |
1986 | Müdafiə etmək üçün doğulmuş | 中華英雄 | "Jet" Director |
Jet Li's directorial debut |
Şaolinin döyüş incəsənəti | 南北少林 | "Zhi Ming" | aka Shaolin Temple 3: Martial Arts of Shaolin | |
1988 | Əjdahaların döyüşü | 龍在天涯 | "Jimmy Lee" | |
1989 | Usta | 龍行天下 | "Jet" | |
1991 | Bir dəfə Çində | 黃飛鴻 | "Vonq Fei Hanq" | |
Qılıncoynadan 2 | 笑傲江湖之東方不敗 | "Linghu Chong" | ||
1992 | Bir dəfə Çində 2 | 黃飛鴻之二男兒當自强 | "Vonq Fei Hanq" | |
1993 | Tay-Çi ustası | 太極張三豐 | "Zhang Sanfeng" Producer |
aka Twin Warriors (USA) |
Əfsanə | 方世玉 | "Fong Sai Yuk" Producer |
aka The Legend | |
Əfsanə 2 | 方世玉續集 | "Fong Sai Yuk" Producer |
aka The Legend 2 | |
Pərəstişkar Kunq Fu ustası | 倚天屠龍記之魔教教主 | " Zhang Wuji " Producer |
aka The Evil Cult aka Lord of the Wu Tang aka Kung Fu Master | |
Çinin sonuncu qəhrəmanı | 黃飛鴻之鐵雞斗蜈蚣 | "Vonq Fei Hanq" Producer |
aka Claws of Steel aka Deadly China Hero | |
Bir dəfə Çində 3 | 黃飛鴻之三:獅王争霸 | "Vonq Fei Hanq" | aka The Invincible Shaolin | |
1994 | Pekinli cangüdən | 中南海保鑣 | "Allan Hui Ching Yeung" / "John Chang" Producer |
aka The Defender aka Zhong Nan Hai bao biao |
Birinci əfsanə | 精武英雄 | "Chen Zhen" Producer |
||
Şaolinin yeni əfsanəsi | 洪熙官之少林五祖 | "Hanq Hei-Qun" Producer |
aka Legend of the Red Dragon, The New Legend of Shaolin | |
1995 | Maksimal risk | 鼠胆龍威 | "Kit Li" | aka Meltdown |
Məxfi polis | 給爸爸的信 | ""Kung Wei" | aka The Enforcer aka Letter To Daddy | |
1996 | Qara maska | 黑俠 | "Michael" / "Simon" / "Tsui Chik" / "Black Mask" | released 1999 in US |
Macəralar kralı | 冒險王 | "Chow Si Kit" | aka Adventure King aka The Scripture With No Words | |
1997 | Bir dəfə Çində və Amerikada | 黃飛鴻之西域雄獅 | "Vonq Fei Hanq" | aka Once Upon A Time In China VI |
1998 | Muzdlu qatil | 殺手之王 | "Fu" | aka The Hitman aka The Contract Killer |
Ölümcül silah 4 | 致命武器4 | "Wah Sing Ku" | ||
2000 | Romeo mütləq ölməlidir | 致命羅密歐 | "Han Sing" | |
2001 | Tək | 最後一強 | "Gabe Law" / "Gabriel Yulaw" / "Lawless" | |
Əjdahanın öpüşü | 龍之吻 | "Liu Jian" Associate Producer |
||
2002 | Qəhrəman | 英雄 | "Adsız" | Released 2004 in US |
2003 | Beşikdən qəbrədək | Cradle 2 the Grave | "Su" | |
2005 | Denni – zəncirli it | 不死狗 | "Danny" Producer |
aka Danny the Dog |
2006 | Qorxmaz | 霍元甲 | "Huo Yuanjia" Producer Presenter |
|
2007 | Lordların müharibəsi | 投名狀 | "Pang Qing Yun" | |
Müharibə | 玩命對戰 | "Rogue" aka "Victor Shaw" | aka Rogue Assassin or Rogue | |
2008 | Qadağan olunmuş krallıq | 功夫之王 | " Sun Wukong the Monkey King" / "Silent Monk" | |
Mumiya: Əjdaha İmperatorunun Qəbri | 盜墓迷城3 | "Emperor Han" | ||
2009 | Respublikanın əsası | 建國大業 | "Chen Shaokuan" | aka Jian Guo Da Ye (lit. The Great Cause of China's Foundation) aka Founding of the Nation aka Lofty Ambitions of Nation Building |
2010 | Okean Qalereyası | 海洋天堂 | "Sam Wong" | Post-production |
Qabağıalınmazlar | 浴血任務 | "Yin Yang" | Post-production | |
2012 | Qabağıalınmazlar 2 | 浴血任務 | "Yin Yang" | Post-production |
2014 | Qabağıalınmazlar 3 | 浴血任務 | "Yin Yang" | Post-production |
Sənədli filmlər
redaktəİl | Sənədli film | Çincə adı | Qeydlər |
---|---|---|---|
1983 | This is Kung Fu | 中華武術 | Biographic role |
1988 | Dragons of the Orient | 東方巨龍 | Biographic role |
Abbot Hai Teng | 少林海燈大師 | Biographic role | |
1992 | Lucky Way | 大八掛 | |
1994 | Shaolin Kung Fu | 少林真功夫 | |
1999 | Lee-Thal Weapon |
Video oyunlar
redaktəİl | Oyunun adı | Rolu | Qeydlər |
---|---|---|---|
2004 | Jet Li: Rise to Honor | "Kit Yun" (voice, motion-capture actor) | 2004-cü ildə ABŞ-da buraxılmışdı |
İstinadlar
redaktə- ↑ https://www.todayonline.com/8days/sceneandheard/entertainment/here-what-jet-lis-four-elusive-daughters-look.
- ↑ "Jet Li". Box Office Mojo. 2010-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-08.
- ↑ "Foreign Language". Box Office Mojo. 2010-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-06.
- ↑ "Jet Li". Rotten Tomatoes. 2010-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-08.
Xarici keçidlər
redaktə- Cet Li — IMDb səhifəsi
- Cet Linin rəsmi saytı Arxivləşdirilib 2011-02-24 at the Wayback Machine
- Cet Li haqqında Arxivləşdirilib 2014-05-17 at the Wayback Machine
- Cet Li Hong Kong Cinemagic.com saytında