Cek Xalcalari - Wikipedia
"Cek" xalçaları və ya "Cək" xalçaları — Quba xalçalarının ən parlaq kompozisiyalarından biri.[5][6][7][8] Quba xalçalarının 35 çeşnisindən biri.[9]
Xalça | |
"Cek" xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | "Cek" xalçaları |
Digər adı | "Cək" xalçaları |
Məktəbi | Quba xalçaçılıq məktəbi |
Növü | xovlu |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Bölgə | Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsi |
Kənd | Cek |
Toxunması haqqında məlumatlar | |
Başlanma | XIX əsr |
Tamamlanma | XIX əsr |
Tarixi | XIX əsr |
Sənətkarı | ceklilər |
Üslubu | Quba xalçaçılıq məktəbi[4] |
Digər məlumatlar | |
Uzunluğu | 250 sm-dən 350 sm-ə qədər |
Eni | 100 sm-dən 110 sm-ə qədər |
Material | Yun |
carpet.intangible.az | |
Vikianbarda əlaqəli mediafayllar |
İstehsalı
redaktəQuba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunmuşdur[1].
"Cek" xalçaları Quba şəhərindən 35 km qərb istiqamətində yerləşən Cek kəndinin adını daşıyır. "Cek" xalçaları həm də Qrız, Xınalıq, Söhüb, Buduq və Qalayxudat kəndlərində də istehsal olunmuşdur.
Xüsusiyyətləri
redaktəBədii xüsusiyyətləri
redaktə"Cek" xalçaları həm bədii, həm də texniki nöqteyi nəzərdən "Qrız" xalçalarına bənzəyir, lakin "Cek" xalçasının kompozisiyası daha sadədir. Ənənəyə zidd olaraq, ara sahənin və ara haşiyənin fonu eyni rəngdədir. Onun koloriti ciddidir, ara sahənin fonu sürməyi və ya qırmızı olur.
Texniki xüsusiyyətləri
redaktə"Cek" xalçaları əsasən uzunsov formada olur. Belə xalçaların ölçüsü 100 x 250 sm-dən 110 x 350 sm-ə qədərdir. Bəzən isə uzunsov formada olmayan "Cek" xalçalarına da rast gəlmək olur.
İlmələrin sıxlığı 50 x 50 ilmədən 55 x 55 ilməyə qədərdir. Bu da bir kvadrat metrdə 250000 ilmədən 30000 ilməyə qədər edir. Xovun hündürlüyü isə 4–5 mm-dir.
Mənbə
redaktə- Лятиф Керимов, "Азербайджанский ковер" (Том II), Баку, "Гянджлик", 1983, ст. 189–190, табл. 28. (rus.)
- Quba qrupu, Cək xalçası. carpet.intangible.az Arxivləşdirilib 2011-03-16 at the Wayback Machine (az.) (rus.) (ing.) (fr.)
İstinadlar
redaktə- ↑ 1 2 Лятиф Керимов, "Азербайджанский ковер" (Том II), Баку, "Гянджлик", 1983, ст. 189-190, табл. 28. (rus.) (ing.)
- ↑ http://www.carpets.dgu.ru/img/sm/dzhek.jpg[ölü keçid] dzhek.jpg (rus.)
- ↑ carpet.intangible.az Arxivləşdirilib 2011-03-16 at the Wayback Machine (az.)
- ↑ Azərbaycanda xalça sənətinin inkişafı - Azerbaijan.az.
- ↑ Azərbaycanda xalçaçılıq sənətinin inkişafı. www.mct.gov.az Arxivləşdirilib 2012-09-05 at the Wayback Machine (az.)
- ↑ Quba rayonu Arxivləşdirilib 2011-05-12 at the Wayback Machine (az.)
- ↑ "РАЗВИТИЕ ИСКУССТВА КОВРОДЕЛИЯ В АЗЕРБАЙДЖАНЕ". 2018-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
- ↑ İLMƏ–İLMƏ TOXUNDUQ, DİYAR–DİYAR DOLAŞDIQ [ölü keçid]
- ↑ "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 452". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.