Cavansir Dadasov - Wikipedia
Cavanşir_Dadaşov - Haqqında Məlumat
Cavanşir Əjdər oğlu Dadaşov (1956, Novxanı) — Azərbaycan rəssamı və heykəltaraşı.
Cavanşir Dadaşov | |
---|---|
Doğum tarixi | 1956 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi; Xarkov Rəssamlıq İnstitutu |
Həyatı
redaktəCavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
İşləri
redaktə- Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi
- Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi
- Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi,
- Yevlax şəhərində Səməd Vurğunun abidəsi,
- Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı
- Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
İstinadlar
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |