Cavansir Axundov - Wikipedia
Cavanşir_Axundov - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cavanşir Əşrəf oğlu Axundov (6 iyun 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İran İslam Respublikasında (2009–2016) və Latviya Respublikasında (2016–2021) fövqəladə və səlahiyyətli səfiri
Cavanşir Axundov | |
---|---|
2016 – 26 iyul 2021 | |
Sonrakı | Elnur Sultanov |
2 noyabr 2009 – 7 mart 2016 | |
Əvvəlki | Abbasəli Həsənov |
Sonrakı | Bünyad Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1955 (69 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib.
- 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb.
- 1995–1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib.
- 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib.
- 2003–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb.
- 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi.
- O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub.
Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.