Cavad Yurdaqul - Wikipedia
Cavad Yurdaqul (1 yanvar 1942, Ordu – 28 sentyabr 1979) — Adana ili Təhlükəsizliyi Müdiri.
Cavad Yurdaqul | |
---|---|
Doğum tarixi | 1 yanvar 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 1979 (37 yaşında) |
Fəaliyyəti | vəkil |
Bülent Ecevit hakimiyyəti zamanı Adana ili Təhlükəsizliyi Müdiri olmuş,28 sentyabr 1979-cu il tarixdə bir qrup idealist tərəfindən odlu silahla güllələnərək öldürüldü.Cinayət ərəfəsində Yurdaqula tam 29 dəfə atəş açılmış bu atəşlərin yalnız 4-ü xəsarət yetirmişdir,lakin birinci güllə beyin nahiyəsindən dəydiyi üçün o hadisə yerində həlak olmuşdur.6 fevral 1980-ci ildə Yurdaqul ailəsinin vəkili Xəlil Güllüoğluda öldürüldü.
Cinayətin şübhəlilərindən Muhsin Kəhya, Respublika Xalq Partiyası Adana il başçısı vəkil Əhməd Albay və Respublika Xalq Partiyası Kayseri il başçısı vəkil Mustafa Kulkuloğlunun öldürülməsi hadisələrinə də qarış idi. Kəhya, həbsxanadan iki dəfə fərarilik etdikdən sonra Almaniyaya qaçdı.
1997-də edam edilməmə şərtiylə Türkiyəyə qaytarıldı və 36 il həbs cəzasına məhkum oldu.Cinayətin bir başqa şübhəlisi Əbdürrəhman Kıpçak, Kəhya kimi həbsxanadan fərarilik etdikdən sonra xaricə qaçdı.5 Oktyabr 1989da 47 kilo heroinlə İstanbulda tutuldu və bir müddət sonra sərbəst buraxıldı. Kıpçak, 5 Fevral 2006-da Ümraniyedə uğradığı silahlı hücum nəticəsi öldürüldü.