Canali - Wikipedia
Canalı - Haqqında Məlumat
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Canalı | |
---|---|
41°07′09″ şm. e. 45°20′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 361 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1.524 nəfər (2009) |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Tarixi
redaktəGəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır.[1]
Toponimikası
redaktə- Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır. Etnotoponimdir.[2]
Əhalisi
redaktə- 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1524 nəfər əhali yaşayır. Əhalinin 742 nəfəri kişilər, 782 nəfəri qadınlardır.[3]
Görkəmli şəxsləri
redaktə- Güllü Yoloğlu (1963) - Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısıdır. 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-ci ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müxbir üzvü seçilmiş, Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir). Bütövlükdə, Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır.Canallı kəndindəndir, Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində anadan olub.
- Aşıq Canallı Məmməd - (d. 1880 – ö. 1937) - Azərbaycanın ustad aşığı.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |