Camal Rehimov - Wikipedia
Camal Rəhimov (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən çapar.[1]
Camal Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Camal Rəhimov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 178 sm. |
İdman növü | Atçılıq |
Həyatı
redaktəCamal Rəhimov 1987-ci il sentyabrın 16-da anadan olub. Üç yaşından xaricdə — əvvəl İstanbulda, sonra isə Brüsseldə yaşayır. Azərbaycanın Baş naziri olan Həsən Həsənovun nəvəsidir.
Karyerası
redaktəKaryerası ərzində Camal Rəhimov bir sıra beynəlxalq turnirlərin qalibi oldu. Camal Rəhimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Bununla da Camal Rəhimov Azərbaycanı Olimpiya Oyunlarında atçılıq idman növü üzrə təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Olimpiya Oyunlarından əvvəl Camal Rəhimova Fransadan qiyməti 1 milyon 970 min avro məbləğində olan Ionesco De Brecca ləqəbli at alındı.[2] Atın ödənişi SOCAR tərəfindən edildi.[2] Bu hadisə həmin dönəmdə Azərbaycanda birmənalı qarşılanmadı və tənqid edildi.[2]
Camal Rəhimov olimpiada da avqustun 15-də mübarizə apardı.[3][4] Təsnifat mərhələsinin birinci raundunda Ionesco De Brecca ləqəbli atla Camal Rəhimov mərhələni cəmi bir cərimə balı ilə başa vurdu.[3][4] Nəticədə Camal Rəhimov raundu 77 çapar sırasında 14-cü pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı.[3][4] Avqustun 17-də isə təsnifat mərhələsinin növbəti raundu baş tutdu.[4] Həmin raundda Camal Rəhimovun atı büdrədi və nəticədə Camal Rəhimov atından yıxılaraq turnirdə mübarizəsini başa vurdu.[4]
Daha sonra Camal Rəhimov Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Camal Rəhimov olimpiada da avqustun 4-də mübarizə apardı.[5] Təsnifat mərhələsinin birinci raundunda Warrior ləqəbli atla Camal Rəhimov mərhələni beş cərimə balı ilə başa vurdu.[5] Nəticədə Camal Rəhimov raundu 72 çapar sırasında 52-ci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı.[5] Avqustun 5-də isə təsnifat mərhələsinin növbəti raundu baş tutdu.[5] Həmin raundda Camal Rəhimov mərhələni 14 cərimə balı ilə başa vurdu.[5] Nəticədə Camal Rəhimov raundu 62 çapar sırasında 60-cı pillədə başa vurdu və London Olimpiadasında mübarizəsini dayandırdı.[5]
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Camal RƏHİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 Yeni Müsavat qəzeti. "3 MİLYONLUQ AT BELÇİKADA SAXLANILIR". www.musavat.com (az.). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi. "AZƏRBAYCANLI JOKEY CAMAL RƏHİMOV OLİMPİADADA ÇIXIŞINA UĞURLA BAŞLAMIŞDIR". www.azertag.az (az.). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 Olympedia.org. "2008 Summer Olympics / Equestrian Jumping / Individual / Open". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 6 Olympedia.org. "2012 Summer Olympics / Equestrian Jumping / Individual / Open". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.