Camisciliq - Wikipedia
Camışçılıq — əsasən ətlik-südlük istimaqətli iribuynuzlu heyvandarlığın bir növüdür. Camış bəzi xüsusiyyətlərinə görə qara mal cinslərindən fərqlənir və təsərrüfat nöqteyi nəzərindən onlardan xeyli üstündür. Xüsusi qulluğa ehtiyacları yoxdur. Bununla onların yetişdirilməsi üçün əlverişli şəraitin olması vacibdir. Belə ki, onlara əsasən subtropik, subekvatorial və ekvatorial iqlimin hakim oluğu ərazilərdə arealı daha yüksəkdir. Buna misal kimi onu göstərmək olar ki, inəklər -20 °C şaxtaya dözdükləri halda camışar artıq -1°C çətinlik çəkir. Səbəb isə onun piy qatının olduqca az olmasıdır. Camışdan alınan süd məhsulları keyfiyyətliyik baxımından inək südünü üstələyir. Gönü isə olduqca qiymətli dəri sayılır.
Camışçılıq iqtisadi cəhətdən gəlirli sahə olması ilə əlaqədar onun damazlıq və məhsuldarlıq keyfiyyətlərini daha da yaxşılaşdırmaq istiqamətində təkmilləşdirilməsinin aparılması vacibdir. Təcrübə stansiyalarında yemləmənin düzgün təşkil edilməsi nəticəsində məhsuldarlığın artırılması müşahidə edilmişdir. Bu isə camışçılığın rentabeli olmasını deməyə əsas verir.
Camışçılıq hazırda Cənubi Qafqaz, Cənubi Avropa, Cənubi Asiya və Cənub-Şərqi Asiya (Türkiyə, Hindistan, Pakistan, Misir, Bolqarıstan, Filippin) regionlarda müstəqil bir sahə kimi mövcuddur.
Azərbaycanda da camışçılıq heyvandarlığın mühüm və gəlirli sahələrindən biridir. Ölkədə istehsal olunan ətin 25%, südün 15%, gönün isə 40% onun payına düşür. Burdan görünür ki, heyvandarlıq məhsulları istehsalında camışçılığın da böyük əhəmiyyəti vardır. Azərbaycanda yerli şəraitə uyğunlaşmış xüsusi Azərbaycan camışı cinsi yetişdirilir. Son zamanlar camışçılığa olan maraq azalmışdır[1].