Call Of Duty Black Ops - Wikipedia
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır.
Call of Duty: Black Ops | |
---|---|
Yayımlayanlar | Activision |
Seriya | Call of Duty |
Buraxılış tarixləri | 9 noyabr 2010 |
Janr | birinci şəxs atıcı |
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Microsoft Windows, macOS, Xbox One, PlayStation 4 |
Oyun rejimi | birnəfərli oyun[1], çoxnəfərli oyun, kooperativ oyun[d] |
İnterfeysin dili | ingilis dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], fransız dili[1], rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter klaviaturası |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
"Call of Duty: Black Ops" tənqidçilərdən müsbət rəylər almışdır. Satışa çıxarıldıqdan 24 saat sonra oyun 5.600.000 nüsxə satmış (4.200.000 nüsxə ABŞ-də, 1.400.000 nüsxə Böyük Britaniyada), "Call of Duty: Modern Warfare 2" videooyununun rekordunu təxminən 2.300.000 nüsxə fərqi ilə qırmışdır. Satışa çıxarıldıqdan 6 həftə sonra "Activision" şirkəti oyunun satışlarından 1.000.000.000 ABŞ dolları əldə etdiklərini açıqlamışdır. 3 avqust 2011-ci ildə "Activision" şirkəti oyunun bütövlükdə 25.000.000 nüsxə satdığını açıqlamışdır. Bu isə "Black Ops"u ABŞ, Böyük Britaniya və Avropada ən çox nüsxə satan videooyun etmişdir. Oyunun davamı – "Call of Duty: Black Ops II" 2012-ci ildə satışa çıxarılmışdır.
Oyun
redaktəOyun Soyuq Müharibə dövrünə aiddir. Oyunçu SOG adında gizli bir qrupun üzvüdür. Bu qrup Ural dağları, Laos, Kuba və Vyetnam kimi yerlərə gedir. Oyunda Call of Duty:World at War-dan Sgt.Reznov-da iştirak etməkdədir. Call of Duty oynunun klassik variantlarında oyanayanda isə oyunçu bir dəfə SR-71 Blacikbird və Milmi-24 pilotu olacaq. Multiplayerdə isə Call of Duty:Modern Warfare 2 və Call of Duty:World at War-dakı xüsusiyyətlər birləşdirilmişdir. Oyunçular öz silahlarını və perklərini yarada bilərlər. Yeni perk olaraq napalm mərmisi və uzaqdan idarə olunan bomba avtomobili əlavə olundu. Oyundakı Zombi rejimidə var, lakin xəritələri yalnız veteran və hardened çətinliklərindədir. Oyunun çıxdığı ilk gün yalnız PlayStation 3 platforması üçün 1 milyondan çox satılmışdır. Zombi xəritələri Call of Duty:World at War-dakıyla eynidir. Treyarch Call of Duty Black Ops üçün yeni bir xəritə paketi düzəltdi. Xəritənin içində 4 yeni multipleyr və 1 Zombi xəritəsi var.
Mövzu
redaktəOyunun ssenarisi 1961-1968-ci illər arasında olan hadisələri əhatə edir. Oyunun gedişatı iki adamın əsas xarekter Aleks Meysonu sorğulaması nəticəsində Meysonun keçmişi xatırlaması halındadır. İlk xatırladığı Körfəzin skandalında Fidel Kastroya təşkil edilən sui-qəsddir. Qrupu (Vuds, Bovman) ilə vəzifəsini yerinə yetirdiyini fikirləşsə də, Meyson tutulduqdan sonra ancaq Kastronun dublyorunu öldürdüyünü başa düşür. Kastroda onu Draqoviçə "yeni əlaqələrinin şərəfinə" hədiyə olaraq verir. Draqoviç, Meysonun beynini yumaq üçün onu Vorkutada bir laboratoriyaya aparır. Vorkutada beyni yuyulan əsas personaj Meysonun labaratoriyadan qaçmasına Viktor Reznov adındakı İkinci dünya müharibəsində döyüşmüş biri kömək edir. Monun, sorğulayanların hər sualında yaddaşının dərinliklərindəki xatirələrini xatırlayır. Vyetnam döyüşü də bunlardan biridir. Reznov Meysonun həyatını bir neçə dəfə qurtarmış olsa da, sorğulayıcılar Masona Viktor Reznov deyə birinin olmadığını söyləyirlər. Əslində hər şey sonunda ortaya çıxır. Reznovun bir xəyalı vardı, Şteyneri, Draqoviçi və Kravçenkonu öldürmək. Reznov bu xəyallarını fürsət tapdıqca Meysona xatırladırdı. Meysonda eyni hirsi onlara qarşı hiss edirdi. Amma Reznov deyə biri yox idi. Nə Vyetnamda, nə də Soyuq Müharibədə. Gulagdakı üsyanda vəfat etmişdi. Beyni yuyulan Meyson, şəxsiyyətini dəyişdirib halisülasyonlar görməyə başlamışdı. Düşən helikopterdən, ya da Xüsusi Təyinatlılarla dolu düşmən xətlərindən Reznov ilə deyil, tək başına xilas oluşdu. Reznov onun beynində ikinci şəxsiyyət idi. Oyunun sonunda düşmənlərin başçısının mərkəzi olan Rusalkaya hücum edilir və Meyson Draqoviçi öldürür. Əsas xarakter olan Meyson həqiqətən olmuş insandır. Meyson 1978-ci ildə "Operation Charybdis" adında bir basqında həyatını itirmişdir. Onun həmkarları Ceyson Hudzon və Qriqori Viver o əməliyyatdan sağ xilas olmuşdular. Əslində oyunda Frank Vuds öldü deyə bilinir. Amma "Revelations" hissəsində bir kompyuterdə yazan mesajda Xray adında bir müxbirdən danışılır. Xray isə Vudsun ləqəbidir.
CALL OF DUTY
BLACK OPS
Personajlar
redaktəProtaqonistlər
redaktə- Kapitan Aleks Meyson: Əsas oynana bilən xaraktervə oyunun baş qəhrəmanı. Call of Duty oyunlarında eyni zamanda həm səsini, həm də görünüşünü görə bildiyiniz ilk oynana bilən xarakter. Oyuna başladığınızda rütbəsi çavuş, sonda isə kapitan rütbəsinə gəlirsiniz.
- Çavuş Frank Vuds: Lideriniz olmasa da sizə liderlik edən bir adam. Onunla döyüşmək oyunu əyləncəli hala gətirir. Kravçenkonu öldürərkən özünü və onu pəncərədən atdı.
- Agent Ceyson Hadson: Digər bir oynana bilən xarakter, Masonun sağ qolu və qabiliyyətli bir MKİ agenti.
- Agent Qriqori Viver: Bir MKİ agenti. Kravçenkonun gözünə bıçaq batırmasıyla onun sol gözünü kor etmişdir.
- Viktor Reznov: Call of Duty:World at Warda gördüyünüz, oyunun başında Vorkuta adındakı bir yerdən Aleks ilə birlikdə qaçarkən gördüyünüz, Aleksin yoldaşı.
Antaqonistlər
redaktəZombilər
redaktəİlk olaraq Black Ops-a aid iki dənə xəritə var. Oyun başlayanda siz kino salonundasınız və zombilərlə döyüşürsünüz və Con Kennedi, Robert Maknamara, Fidel Kastro və Riçard Nikson oynana bilən xarakterdir. Zombi xəritələri Hardened və Prestige Editon sahələri və World at War-dakıyla eyni, lakin silahları Black Ops-a görə nizamlanan xəritə paketi var və bir başqa xəritə paketi olan First Strike-də Ascension adında bir xəritə var.