Cahangir Babayev - Wikipedia
Cahangir Elman oğlu Babayev — Azərbaycan Milli Karate Federasiyası Hakimlər komitəsinin sədri, Avropa Hakimlər Komissiyasına üzvü, Beynəlxalq hakim, Əməkdar məşqçi, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi, "Qaraqaplan" klubunun aparıcı məşqçilərindən olan, 5-ci dan qara kəmər sahibi[1].
Cahangir Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Cahangir Elman oğlu Babayev |
Vətəndaşlığı | |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Karate |
İdman dərəcəsi | 5-ci dan qara kəmər sahibi |
Komandası | "Qaraqaplan" klubu |
Həyatı
redaktəCahangir Elman oğlu Babayev 10 avqust 1974-cü ildə Bakı şəhərində anadan olub.
Beynəlxalq Fəalliyət
redaktəBeynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq.[2]
Avropa Karate Federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.[3]
Azərbaycan karateçiləri 30 aprel — 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaqlar. Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq.[4]
Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçilib.[5]
Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda karate üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirə baş hakimliyi beynəlxalq dərəcəli hakim Cahangir Babayev etmişdir.[6]
Aşağı yaşlı karateçilər 2 – 4 iyul tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək rəsmi yarışlara yola düşüblər. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 12–21 yaşadək idmançıların dünya Kuboku və Gənclər Liqasında klublar, eləcə də yeniyetmə və gənclər seçmə komandalarının 59 idmançısı iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, beynəlxalq hakimlərdən isə Cahangir Babayev və Şahin Xudaverdiyev yer alıb.[7]
Dünya Karate Federasiyası Hakimlər komitəsinin sədri və Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə hakimlərimizə növbəti beynəlxalq seminar keçib. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev seminarda H. Eskalanteyə assistentlik edib.[8]
Karate üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcək.[9]
Azərbaycan Milli Karate Federasiyası 14–15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançılar cəlb etmək məqsədilə "Olimpiya ümidləri" adlı yeni layihəyə start verib. Perspektivli azyaşlı karateçilərə növbəti həftələrdə Niyazi Əliyev, Rafael Ağayev, İrina Zaretska, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Qurban Tağıyev və Denis Morozov kimi karate mütəxəssisləri dərs keçəcəklər. Beynəlxalq dərəcəli hakim Cahangir Babayev isə onlara yarış qaydaları və yeniliklərlə bağlı məlumatlar verəcək.[10]
Mükafatlar
redaktəAzərbaycan idmanının inkişafındakı xidmətlərinə görə I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[11]
Cahangir Babayev kata üzrə Avropa kateqoriyasına layiq görülmüş ilk azərbaycanlı hakim olub[12]
"2019-cu ilin hakimi" mükafatına layiq görülüb[13]
Martın 4-də "İdman Həftəsi" çərçivəsində Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib.[14]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Milli Karate Federasiyasının İdarə heyəti". 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Cahangir Babayev 2-ci Avropa oyunlarında". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Cahangir Babayev Tokio Olimpiadasında hakimlik edəcək". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Karateçilərimiz Lissabonda döyüşəcəklər". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Karate üzrə azərbaycanlı hakim Avropa Hakimlər Komissiyasına üzv seçilib". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Şəkidə keçirilmiş karate üzrə beynəlxalq turnirdə 300-dən çox idmançı mübarizə aparmışdır". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "İdmançılarımız Xorvatiyada Dünya Karate Federasiyasının rəsmi yarışlarına qatılacaq (FOTO)". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Karate üzrə beynəlxalq seminar təşkil edilib". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Karateçilər İslamiadaya yollandı". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Karate Federasiyası milli komandanın heyətinə yüksək səviyyəli idmançıları cəlb edəcək". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçilərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "ДЖАХАНГИР БАБАЕВ ПОЛУЧИЛ ПРАВО СУДЕЙСТВА ЧЕМПИОНАТОВ ЕВРОПЫ ПО КАРАТЭ". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Beynəlxalq hakim Cahangir Babayevə fəxri mükafat təqdim olunub". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Beynəlxalq hakim Cahangir Babayev yeni mənzillə mükafatlandırılıb". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.