Cennetin Usaqlari - Wikipedia
Cənnətin uşaqları (fars. بچههای آسمان) — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film.
Cənnətin uşaqları | |
---|---|
بچههای آسمان | |
Janr | dram |
Rejissor | Məcid Məcidi |
Prodüserlər |
Əmir İsfəndiyari Məhəmməd İsfəndiyari |
Ssenari müəllifi | Məcid Məcidi |
Baş rollarda |
Məhəmməd Əmir Nəci Əmir Fərrux Haşemiyan Baharə Səddiki Nəfisə Cəfər-Məhəmmədi |
Operator | Pərviz Malekzadə |
Bəstəkar | Keyvan Cahanşahi |
İstehsalçı | The Institute for the Intellectual Development of Children & Young Adults |
Distribütor | Miramax, Netflix |
İlk baxış tarixi | 1 fevral 1997[1], 9 sentyabr 1999[2], 22 yanvar 1999[3] |
Müddət | 89 dəq. |
Büdcə | 180 000 $ |
Gəlir | 933.933 $[4], 1.628.579 $[5] |
Ölkə | İran |
Dil | farsca |
İl | 1997 |
Rəng | rəngli |
Çəkiliş yeri | Tehran |
IMDb | ID0118849 |
Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir.
Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir.
Məzmun
redaktəMəzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir. Ancaq ailə çox kasıb olduğundan nə balaca qız, nə də balaca oğlan bu barədə atalarına demirlər. Çətinliyin öhdəsindən özləri gəlməyə çalışırlar.
Bu film — həyatın mənasını əks etdirən kiçik dəyərlər haqqındadır. İnsanı qayğı, kasıblıq, kömək və sevgi kimi dəyərlər haqda düşündürməyə məcbur edir.
İstinadlar
redaktə- ↑ https://www.imdb.com/title/tt0118849/releaseinfo?ref_=tt_dt_dt.
- ↑ http://www.zelluloid.de/filme/index.php3?id=13935.
- ↑ IMDb (ing.). 1990.
- ↑ Box Office Mojo (ing.). 1999.
- ↑ The Numbers (ing.). 1997.