Cennet Ve Cehennem Cuxurlari - Wikipedia
Cənnət və Cəhənnəm çuxurları (türk. Cennet ve Cehennem Çökükleri və ya Cennet ve Cehennem Obruklar) — Mersin ilinin Narlıkuyu kəndi yaxınlığında karst prosesi nəticəsində meydana gələn mağaraların tavalarının çökməsi nəticəsəində formalaşan çuxurlar.[1]
Cənnət və Cəhənnəm çuxurları | |
---|---|
türk. Cennet ve Cehennem Çökükleri | |
| |
Ümumi məlumatlar | |
Dərinliyi | 128-75 m |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Giriş sayı | 2 |
Yerləşməsi | |
36°27′07″ şm. e. 34°06′18″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəMersinin Aralıq dənizi sahillərinə yaxın hissəsində, Narlıkuyu kəndinin 3 km-də, əhəng daşı süxurlarından təşkil olunmuş bir yayla da meydana gələn çüxurlar mənşə baxımdan karst mağaraları hesab olunur. Bir-birindən 80 metr məsafədə yerləşən çuxurların divarları çox dikdir. Vaxtilə tavan çökmüş və hal-hazırdada ərazidə çökmüş tavanın qalıqları qalmaqdadır. Hər iki çuxurun ağız hissəsi ellipsis formasındadır. Mağaralar tarixi, mifoloji və turizm baxımdan əhəmiyyətlidirlər.
Cənnət çuxuru
redaktəÖlçüləri 250 m və 110 m olan bu çuxurun dərinliyi 70 metrdir. Çüxurun cənub ucunda uzunluğu 200 m, maksimium dərinliyi 135 metr olan mağara girişi mövcuddur. Girişdə V əsrə aid olunan kiçik Məryəm Ana kilsəsi mövcuddur.[2] Buradan mağara daxilinə axan kiçik axar su ehtimal olunur ki, Aralıq dənizinə qədər gedib çatır. Çuxurun dərin hissəsi bitki örtüyü ilə zəngindir və çox rütubətlidir. Strabonun yazdığına görə burda ən yaxşı zəfəran yetişdirilərdi. Buraya enən 452 pilləkən mövcuddur.[3]
Cəhənnəm çuxuru
redaktəEyni mənşəyə malik olan Cəhənnəm çuxurunun ölçüləri nisbətən kiçikdir. 50 və 75 metr ölçülərə malik olan bu çuxurun dərinliyi 128 metrdir. Divarlarının çox dik olması aşağıya enməyi mümkünsüz edir.
Tarixi
redaktəMağaralar ilk dəfə Strabon tərəfindən mifoloji və geoloji bir ərazi kimi anladırmış. Mağarada olan kilsənin 4 sətirlik daş kitabəsində yazılanlara görə kilsə Paulus adında dindar tərəfindən inşa olunub. Kilsənin içi İsanın və həvarilərin freskaları ilə bəzədilmişdi.
Zevsin məbədi
redaktəMağaranın kənarında, cənubda Zevsin şərəfinə ucaldılmış məbədin qalıqları qalmaqdadır. E.ə. III əsrdə tikilmiş bu tikili dorik order üslubundadır.
Mifologiyada
redaktəQədim yunan mifologiyasına görə nəhəng Tifona Zevs galib gələrək ilk öncə onu bu mağarada əsr saxlamış, sonra isə əbədi olaraq Etna dağı altına göndərəmişdi. Tifon Geya və Tartarın oğlu idi və qurşaqdan yuxarı insan, aşağısı isə müxtəlif ilanlardan təşkil olunmuşdur.
Şəkillər
redaktə-
Cənnət çüxuru və ona düşən pilləkənlər
-
Mağara girişində yerləşən kilsə
-
Mağaranın daxili görünüşü
-
Zevs məbədinin qalıqları
-
"Cənnət və Cəhənnəmə" bilet
-
Çüxurlara istiqamət bildirici tablo
İstinadlar
redaktə- ↑ "Cennet Cehennem Mağarası". 2015-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Meryem Ana Kilisesi". 2015-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Mersin Silifke Cennet ve Cehennem Mağaraları". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters)