Cemil Ferecov - Wikipedia
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946[1], Bakı – 1 avqust 2023[1]) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Cəmil Fərəcov | |
---|---|
Doğum tarixi | 13 fevral 1946[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 2023[1] (77 yaşında) |
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1970–2023 |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəCəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974).
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.[2] Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi.
Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.[3]
Filmoqrafiya
redaktə- Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
- "Azərbaycan" dünyanı gəzir (film, 1984)
- "Azərbaycan"da dəniz səyahəti (film, 1976)
- Ağır şkaf (film, 1971)
- Axırıncı maqın sonu (film, 1974)
- Ayna və Həmid (film, 1990)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Azərbaycan məktəbi yüksəlişdə (film, 1972)
- Azərbaycan və Nobel qardaşları (film, 1991)
- Başdan ayağa (film, 1973)
- Bəhrə (film, 1984)
- Bir səfərin izilə (film, 1980)
- Biz qayıdacağıq (veriliş, 2007) (II)
- Çay daşının göz yaşı... (film, 1971)
- Cəh-cəh həsrətində (film, 1983)
- Diplomlu mütəxəssis (film, 1974)
- Ev dirəyi-el dirəyi (film, 1982)
- Fərhad (film, 1987)
- Foto həvəskarı (film, 1985)
- Gecikmiş gündəlik (film, 1986)
- Gəmiqaya (film, 1981)
- Həmrəylik günü (film, 1976)
- İkinci həyat (film, 1984)
- İnsanlar, atlar, təkərlər (film, 1979)
- Kimdir müqəssir? (film, 1984)
- Küləyapardı (film, 1986)
- Qızıl balıqlar (film, 1975)
- Mikayıl Abdullayev (film, 1972)
- Musaküçə kəndinin sakinləri (film, 1973)
- Nailiyyətlər estafeti (film, 1981)
- Neft maşınqayırmasının flaqmanı (film, 1992)
- Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
- Nəticə (film, 1984) (I)
- Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
- Od əsgərləri (film, 1978)
- Sən həmişə bizimləsən (film, 1997)
- Sənin həyat mövqeyin (film, 1979)
- Super ağcaqanad (film, 1981)
- Sürpriz (film, 1977)
- Suvenir (film, 1972)
- Suya səyahət (film, 1996)
- Toya dəvətnamə (film, 1973)
- Xəzinə (film, 1970)
- Xoş gəlmisiniz! (film, 1973)
- Yeraltı əhvalat (film, 1975)
- Zamanın əsas yolu (film, 1977)
- Mən Bakını sevirəm (film, 2014)
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://apa.az/az/incesenet/kinorejissor-cemil-ferecov-vefat-edib-779515.
- ↑ "Arxivlənmiş surət". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Kinorejissor Cəmil Fərəcov dəfn olunub". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)