Cemile Seher - Wikipedia
Cəmilə[1] (ərəb. جميلة) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir.
Cəmilə | |
---|---|
ərəb. جميلة | |
| |
36°19′14″ şm. e. 5°44′12″ ş. u.HGYO | |
Ölkə | Əlcəzair |
Yerləşir | Setif bölgəsi |
Aidiyyatı | Roma İmperiyası |
Tikilmə tarixi | I əsr |
Sahəsi |
|
Rəsmi adı: Cuicul-Djémila | |
Kriteriya | iii, iv |
Təyin edilib | 1982 |
İstinad nöm. | 191 |
Dövlət | Əlcəzair |
Region | Ərəb ölkələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır.
VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur.
Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi. Qədim şəhərin xarabalıqları Ümumdünya irsi siyahısına daxil edilmişdir. Antik kənd yaxılığında arxeologiya muzeyi fəaliyyət göstərir. Burada Cəmilədən tapılmış antik mozaikalar, heykəllər, keramika və tunc əşyalar sərgilənir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Cəmilə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 273. ISBN 978-9952-441-10-9.
Mənbə
redaktə- Cəmilə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 273–274. ISBN 978-9952-441-10-9.