Celil Xelilov Tercumeci - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Cəlil Əliheydər oğlu Xəlilov (14 mart 1924, Nuxa – 7 dekabr 2004, Bakı) — Azərbaycanlı tərcüməçi-filoloq; SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969), AMEA Terminologiya Komitəsinin üzvü.
Cəlil Əliheydər oğlu Xəlilov | |
---|---|
Doğum tarixi | 14 mart 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 2004 (80 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tərcüməçi |
Təhsili | Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktəCəlil Xəlilov 14 mart 1924-cü il tarixində Nuxa şəhərində anadan olub. 1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki şəhərində müəllimlər institutunun ikiillik fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1942-1946-cı illərdə ordu sıralarında xidmət etdikdən sonra Şəki şəhərinə qayıdıb M.Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tərcüməçi kimi əmək fəaliyyətini 1950-ci ildə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) başlamışdır. Müxtəlif illərdə həmin agentliydə tərcüməçi-redaktor və direktor müavini vəzifələrində çalışmışdır. 1974-1986-cı illər ərzində "Kommunist" qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1987-ci ildə isə MK yanında Partiya tarixi institunda partiya tarixi bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.
Təqaüdə cıxdıqdan sonra, müasir Azərbaycanda 1992-1993-cü illərdə Dövlət Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçi vəzifəsində, 1993-2000-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi vəzifələrini yerinə yetirmişdir. 2001-2002-ci illərdə isə Azərbaycan Dövlət Teleqraf Agentliyində tərcüməçi-redaktor vəzifəsində çalışmışdır.
Əmək fəaliyyəti dövründə Cəlil Xəlilov Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhfə vermişdir. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü kimi o Azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində işlər görmüşdür. O həmçinin "Əsrin müqaviləsi"nin və bir sıra beynəlxalq sənədlərin təcrüməsində iştirak etmişdir.
Xatirəsi
redaktə2005-ci ildə Cəlil Xəlilovun adına Şəki şəhərində küçə verilmişdir.[1]
Təltiflər
redaktə- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı — 1969
- Qırmızı Əmək bayrağı ordeni — 1980
- "SSRİ-nin Əmək veteranı" fəxri adı
- "Faşıst Almaniyası üzərində qələbə" medalı
- Azərbaycan SSR Ali Sovetinin, SSRİ və Azərbaycan Jurnalistlər İttifaqlarının fəxri fərmanları — 1984, 1985, 1986
- Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
- "Ustad sənətkar" Ali Jurnalist Mükafatı — 2004
İstinadlar
redaktə- ↑ Şəki Şəhər İHB-nın 28.06.2005-ci il tarixli, 1/122 saylı Sərəncamı