Cebelpur - Wikipedia
Cəbəlpur — Hindistanın mərkəzi hissəsində, Madhya-Pradeş ştatında şəhər.[1]
metropolis | |
Cəbəlpur | |
---|---|
ing. Cəbəlpur | |
23°10′ şm. e. 79°56′ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Tabesində | Madhya-Pradeş ştatı |
Tarixi və coğrafiyası | |
Sahəsi | 374 km² |
Mərkəzin hündürlüyü | 412 m |
Əhalisi | |
Əhalisi | 1,081,677 nəfər (2011) |
Sıxlığı | 478 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91-761 |
Poçt indeksi | 482001 to 482011 |
Digər | |
jabalpur.nic.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 1,05 mln. (2011; aqlomerasiyada 1,27 mln) nəfərdir.[1]
Coğrafiyası
redaktəNarmada çayı vadisində yerləşir. İri nəqliyyat qovşağıdır.[1]
Tarixi
redaktə9–10-cu əsrlərdə Tripura racəliyinin paytaxtı olmuşdur. 1781-ci ildən Cəbəlpurda marathaların mənzil-qərargahı, 1818-ci ildən Britaniyanın hərbi bazası, Sauqor və Narmada ərazilərindəki Britaniya canişininin mənzil-qərargahı yerləşirdi.[1]
Memarlığı
redaktə1864-cü ildə şəhər statusunu almışdır. Rani Durqavati Universiteti (1836-cı ildə tarix kolleci kimi əsası qoyulmuş, 1957-ci ildən universitetdir; 1983-cü ildən indiki adını daşıyır), C.Nehru adına kənd təsərrüfatı universiteti (1964), mühəndislik, tibb, hüquq və s. kollecləri var. Ştatın Ali məhkəməsi, Tropik meşə ETİ burada yerləşir.[1]
Sənayesi
redaktəCəbəlpur sənaye-ticarət mərkəzidir. Döyüş sursatları (4 fabrik) istehsal olunur. Maşınqayırma (yük avtomobilləri, elektrotexnika məmulatları, telekommunikasiya avadanlığı və s.) və metal emalı inkişaf etmişdir; kimya (o cümlədən texniki rezin məmulatları), sement, şüşə, pambıq parça sənayesi müəssisələri fəaliyyət göstərir; saxsı, tikiş məmulatları və s. istehsal olunur. Oduncaq ticarəti aparılır. Kənd təsərrüfatı xammalı (buğda, çəltik, darı, manqo) emal edilir. Cəbəlpur yaxınlığında, şəhəri əhatə edən çox saylı təpələrin birində Madan-Mahal (12-ci əsr) qədim qond qəsri yerləşir. Şəhərətrafı mərmər dərələri və Bhedaqhat şəlaləsi var. Yaxınlığında boksit çıxarılır.[1]
Şəkillər
redaktə-
Narray döyüşünə hazırlıq Rani Durqavati
-
Cəbəlpur aeroportu
-
Dəmiryol stansiyası
-
Cəbəlpurda WDP4B 40042
-
Cəbəlpurda kanat
-
Cəbəlpur Hanumantal gölündən görünüşü
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Cəbəlpur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 232-233. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
redaktə- Cəbəlpur rəsmi internet səhifəsi Arxivləşdirilib 2010-03-06 at the Wayback Machine
- Yerli axtarış Arxivləşdirilib 2017-06-13 at the Wayback Machine
- Cəbəlpur rəhbərliyi Arxivləşdirilib 2017-07-08 at the Wayback Machine