Cirtdan Lamantin - Wikipedia
Cırtdan lamantin (Trichechus "pygmaeus")[1] — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır[2]. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir.[3]
Cırtdan lamantin | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cırtdan lamantin |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır[2]. Tünd rəngə malikdir. Demək olar ki, qaradır. Üzərində ağ nöqtələr vardır[2]. Bəziləri bu canlıları Amazon lamantinlərinin balaları olmasını hesab edirlər. Ancaq bu təstiqini tapmamışdır[2]. DNK analizləri bu canlıların bir-birinə, çox yaxın olduğunu isbat etmişdir. Mutatsiya 485000 il öncə baş vermişdir[2]. Deril Domninq bu canlıların Amazon lamantinlərinin yetkinləşməmiş və cırlaşmış variatı hesab edir[4].
Bu növünə "Trichechus pygmaeus" latın adı verilmişdir. Bununla belə bu növ rəsmən qəbul edilmir.[5] Orijinal təsviri təqdim olunsada qəbul olunmayıb. Lakin sonda 2015-ci ildə Biodiversity Journalda dərc olunub[6]
İstinadlar
redaktə- ↑ William. (2008). Interview with Marc van Roosmalen. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine aquaticcommunity.com. Accessed November 09, 2009.
- ↑ 1 2 3 4 5 van Roosmalen, M. G. M. A new species of living manatee from the Amazon. Arxivləşdirilib 2009-02-23 at the Wayback Machine. Accessed on March 15, 2008.
- ↑ International Union for Conservation of Nature (2008). IUCN Red List Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine. Accessed November 09, 2009.
- ↑ Trials of a Primatologist. Arxivləşdirilib 2009-10-14 at the Portuguese Web Archive smithsonianmag.com. Accessed 2008–07-27
- ↑ International Code of Zoological Nomenclature. Arxivləşdirilib 2006-08-22 at the Wayback Machine 4th edition. Accessed November 09, 2009.
- ↑ Marc G.M. van Roosmalen. "Hotspot of new megafauna found in the Central Amazon: the lower Rio Aripuanã Basin" (PDF). Biodiversity Journal. 6 (1). 2015: 219–244. 2016-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-04.
Xarici keçidlər
redaktə- Sirenlər Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- (New Dwarf Manatee)
- (Multiple new species of large, living mammal (part II)) Arxivləşdirilib 2007-07-18 at the Wayback Machine
- Wildlife Extra