Cume Mescidi Quba - Wikipedia
Cümə məscidi — Azərbaycanın Quba rayonunun ərazisində yerləşən tarixi-memarlıq abidəsi.
Cümə məscidi | |
---|---|
41°21′49″ şm. e. 48°30′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Quba şəhəri |
Sifarişçi | Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndi |
Tikilmə tarixi | 1792-1802 |
Sahəsi |
|
İstinad nöm. | 4615 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəZəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biri olan Cümə məscidi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmişdir.[1] Binanın tikilisi 1792-ci ildə başlanmış və müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır.[2] Bu məscid təkcə Qubada deyil, ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri olub.[1]
Bu məscid təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olmuşdur.[1] Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilmişdir.[1] 1933-cü ildə mədrəsə, minarə, sonralar isə digər tikililər dağıdılmışdır.[1][3] Məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağıdılmaqdan xilas etsinlər.[1] Bir müddətdən sonra bura anbar kimi istifadə olunub. Daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib.[1]
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmiş və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir.[1] Qısa müddət ərzindən məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su-konalzasiya xətləri qoşulmuş, dəstəmazxana və mədrəsənin tikintisi də başa çatmişdır və digər abadlıq işləri də görülmüşdür.[1] Türkiyənin Dini İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəliyi məscidə 5 min dollar dəyərində minbər bağışlayıb.[1] Həmin qurum, qubalı dindarların xahişlərini nəzərə alaraq, burada hündürlüyü 50 metr olan minarə də inşa etdirib.[2]
Memarlıq
redaktəMəscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir.[2]
Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb.[1] Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib.[1] Məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi (yəni qiblə olan tərəfi) Mədinə şəhərində olan Quba məscidində olduğu kimi işlənib.[1]
Qalereya
redaktə-
Tavanı -
Çılçıraq -
İnteryeri -
Minarəsi -
Namaz qılınan xalça
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Quba əhalisindən misilsiz qəhrəmanlıq". Sputnik (az.). 28 parel 2017. 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 "Quba şəhəri, Cümə məscidi". Dini Qurumlar üzrə Dövlət Komitəsi. (az.). 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Zeynalova, Ülkər. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu / Qubanın tarixi yerləri və abidələri (az.). Bakı. 2019. səh. 256. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
redaktə- Vikianbarda Quba Cümə məscidi ilə əlaqədar mediafayllar var