Cume Mescidi Masalli - Wikipedia
Cümə məscidi — Azərbaycanın Masallı rayonunun inzibati mərkəzində, Füzuli küçəsində yerləşən tarixi-memarlıq abidəsi[1].
Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Masallı |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4863 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Tarixi
redaktəMəscid XIX əsrin əvvəllərində inşa edilmiş, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kv. metr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilmişdir. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılmışdır. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulmuşdur. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilmişdir. Məscidin qabaq divarları sonradan ağ mərmər üzlüklə örtülmüşdür. Məscidin minarəsi olsa da, Sovet dövründə dağıdılmışdır. Məscid sonuncu dəfə XX əsrin 80-ci illərində restavrasiya olunaraq muzey kimi istifadə edilmişdir.
Hazırda məscid fəaliyyətdədir və tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.
İstinadlar
redaktə- ↑ "Masallı şəhəri, "Cümə" məscidi — scwra.gov.az saytı". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)