Byarni Heryolfsson - Wikipedia
Byarni Heryolfsson (966, İslandiya – X əsr) — 986-cı ildə gördüyü Amerika qitəsinin ilk məlum avropalı kəşfçisi olduğu güman edilən morman-island kəşfiyyatçısı.
Byarni Heryolfsson | |
---|---|
Doğum tarixi | 966 |
Doğum yeri | |
Vəfat tarixi | X əsr |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Həyatı
redaktəByarni, Bardi Heryolfssonun ( q.skan. Bárði) oğlu olan Heryolfr və Thorgerdrin ( q.skan. Þorgerðr) oğlu olaraq İslandiyadada doğulub Yetkinlik illərində Byarni ticarət gəmisinə kapitanlıq edirdi. O Norveçdə yaşayır, lakin hər yay Qrenlandiyada atasını ziyarət edirdi. [1]
Amerikanın kəşfi
redaktəByarninin Şimali Amerikanı görən ilk avropalı olduğuna inanılır. Qrenlendinqa Saqasında ( Grenlanders Saga ) deyilir ki, bir il o, həmişəki kimi valideynlərini ziyarət etmək üçün İslandiyaya getmişdi, ancaq atasının Kürən Erik ilə Qrenlandiyaya getdiyini öyrənir. Beləliklə, o, dəstəsini götürüb onu tapmaq üçün yola düşdü. 986-cı ilin həmin yayında nə xəritəsi, nə də kompası olan Byarni fırtına zamanı saparaq düzgün istiqamətdən kənara düşdü. Onlar bir müddətdən sonra bir torpaq parçası gördülər, lakin ora Qrenlandiya deyildi. Heyət üzvləri ağaclar və dağlarla örtülü sahilə çıxmaq istəsələr də, Byarni dayanıb, sahilə çıxıb ətrafa baxmaqdan imtina etdi. Onun heyətindən heç kim əvvəllər Qrenlandiyaya getmədiyi üçün heyət bir müddət Qrenlandiyaya gedən yolu axtarmalı oldu. [2] O, öz kursunu bərpa edə bilsə də, qərbə doğru bir qədər aralıda meşələrlə örtülmüş alçaq təpələri gördüyünü bildirdi. Torpaq qonaqpərvər görünürdü, lakin Byarni valideynlərini görmək üçün Qrenlandiyaya çatmağa can atırdı, buna görə də o həmin naməlum ərazidə kəşfiyyat aparmadı.
Onun səyahətlərindən sonra Avropada qərbdə yerləşən torpaqlar barədə böyük əhvalatlar yayıldı. Avropanın şimal sakinləri arasıyda qərb torpaqları barədə, ora yenidən getmək barədə müzakirələr yarandı. Byarni həm kəşflərinə görə böyük şöhrət qazansa da, Earl Erik tərəfindən həmin torpaqlarda kəşfiyyat aparmadığına, ərazini araşdırıb öyrənmədiyinə görə tənqid edildi. Qrenlandiyalılar Byraninin səyahətinə və kəşflərinə xüsusi maraq göstərdilər. Tezliklə Qrenlandiya lideri Kürən Erikin oğlu Leyf Eriksson Byarninin səyahət üçün istifadə etdiyi gəmini aldı, 35 nəfərdən ibarət ekipaj təşkil edərək və Byarninin səyahətini izləmək üçün yola düşmüşdü. Leyf Eriksonun həmin marşrut üzrə səyahət edib Nyufaundlenddəki L'Anse aux Meadowsda Vikinq qəsəbəsi saldığı düşünülür. Bu, avropalıların Amerikada ilk məskunlaşma cəhdi olmuşdur. Manitoba Universitetinin professoru Tryggvi J. Oleson, "Byarninin gördüyü üç torpağın Nyufaundlend, Labrador və Baffin adası olduğuna dair güclü arqumentlər var" demişdir. [1]
İstinadlar
redaktə- ↑ 1 2 "Bjarni Herjólfsson". Bing (ingilis). İstifadə tarixi: 2024-05-10.
- ↑ Sullivan, Steve & Stephen Krensky. (1991) Who Really Discovered America?, Hastingshouse/Daytrips Publ.yp. 36. ISBN 0-8038-9306-XISBN 0-8038-9306-X.