Buyar Nisani - Wikipedia
Bujar Faik Nishani (alb. Bujar Faik Nishani; 29 sentyabr 1966[1][2], Durres – 28 may 2022[3], Berlin[4]) — alban siyasətçi, Albaniyanın prezidenti. Seçkilərə Demokrat Partiyasının üzvü və Daxili İşlər Naziri kimi qatılmışdır. Albaniya Parlamentində müxalifətin uzlaşması olmadan, 140 səs üzərindən aldığı 73 səs sayının tam əksəriyyəti ilə prezidenti seçilmişdir.
Buyar Nişani | |
---|---|
alb. Bujar Nishani | |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
23 yanvar 2006 – 1 oktyabr 2007 | |
24 iyul 2012 – 24 iyul 2017 | |
Sonrakı | İlir Meta |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1966[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 2022[3] (55 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
Uşağı | 2 |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxsi həyatı və təhsili
redaktəBuyar Nişanı 29 sentyabr 1966-cı ildə Albaniyanın Durres şəhərində anadan olub. 1988-ci ildə "Skënderbej" (İskəndərbəy) Hərb Akademiyasını bitirdi. 1996-cı ildə San-Antonio, Texas və Kaliforniyada işləyib. 2004-cü ildə Tiran Universiteti Hüquq Fakültəsindən məzun olub. Avropa tədqiqatları sahəsində master etdi. Odeta Nişanı ilə evlidir və 2 uşaq atasıdır.
Siyasi karyerası
redaktəBuyar Nişanı kommunizmin süqutundan sonra , 1991-ci ildə Albaniya Demokratik Partiyası 'nə qatıldı. Xarici İşlər Nazirliyi NATO əlaqələrinin ofis başçısı olaraq Milli Müdafiə Nazirliyi və daha sonra xarici əlaqələr şefi olaraq çalışdı. 1996-cı ildə Milli Müdafiə Nazirliyi kabinet üzvü olaraq döndü.
Demokrat Partiya 1997 parlament seçkilərini itirdikdən sonra vəzifəsini itirdi və Avropa -Atlantika Hərbi QHT başçısı oldu . 2001-ci ildə Tiranda DP-nin şöbə baş katibi seçildi və 2004-cü ildə Tiran bələdiyyə məclisi üzvü oldu.
34. seçki bölgəsində 2005-ci ilin seçkilərini qazandı. Milli Təhlükəsizlik Komissiyası lider olduqdan sonra Baş nazir Sali Berisha tərəfindən Daxili İşlər naziri olaraq təyin edildi və 2009-cu ilin sentyabr ayında ikinci seçki zəfərindən sonra da ədliyyə naziri olaraq namizəd göstərildi. 2011-ci ildə Daxili İşlər naziri Lulzim Bashanın yerinə vəzifəyə başladı.
12 iyun 2012-ci ildə prezident seçkisini qazandıqdan sonra daxili işlər nazirliyindən istefa etdi.
İstinadlar
redaktə- ↑ 1 2 Bujar Nishani // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bujar Faik Nishani // Munzinger Personen (alm.).
- ↑ 1 2 Former Albanian President, Bujar Nishani, passed away at 55 (ing.).
- ↑ 1 2 Ndahet nga jeta ish-Presidenti Bujar Nishani. Albanian Telegraphic Agency.