Buton - Wikipedia
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir.
Buton | |
---|---|
ing. Buton, | |
Ümumi məlumatlar | |
Sahəsi | 4408 km² |
Uzunluğu |
|
Eni | 60 km |
Hündür nöqtəsi | 1.100 m, 78 m |
Əhalisi |
|
Yerləşməsi | |
5°03′00″ c. e. 122°53′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKoloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur.
Coğrafiya
redaktəAdanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır. Adada əsas yaşayış məntəqəsi Bau-Baudur.
Əhali və iqtisadiyyat
redaktəƏhalisi volio və çia-çia xalqlarından ibarətdir. Onlar 2009-cu ildən koreyalıların xanqıl yazısından istifadə edirlər[1]. İndoneziya dili məktəblərdə tədris olunur.
Adada təbii asfaltın iri ehtiyatları vardır.
İstinadlar
redaktə- ↑ "Cia-Cia adopts Hangul to preserve spoken language". 7 August 2009. 26 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2017.