Buthia Yarimadasi - Wikipedia
Buthia yarımadası (ing. Boothia Peninsula, əvvəlki adı Buthia Feliks, Busiya Feliks idi) - Kanada arktikasında yerləşən böyük yarımada
Buthia | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 32300 km² |
Yerləşməsi | |
70°26′ şm. e. 90°24′ q. u.HGYO | |
Akvatoriya | Buthia körfəzi/Franklin boğazı |
Ölkə | Kanada |
|
Sahəsi 32 300 km². Burada Kanadanın Şimali Amerikanın ən ucqar şimal nöqtəsi sayılan Merçison burnu yerləşir. Şərq tərəfdə Buthia körfəzi yarımadanı Baffin adasından ayırır[1]. Relyefi 500 metrə qədər hündürlüyü olan və sahilyanı düzənliklərlə mühasirəyə alınmış dağlıq yayladan ibarətdir.
Yarımada 1829-cu ildə məşhur qütb tədqiqatçısı Con Ross tərəfindən açılmışdı. O,buranı Atlantik okeandan Sakit okeana şimal-Qərb keçidini axtararkən tapmışdı,və ekspedisiyanın sponsoru olan,Londonda yaşayan Feliks Butt adlı pivəçəkənin şərəfinə yarımadanı adlandırmışdı. Buzda keçirdiyi üç qışlıqdan sonra Ross öz «Victory» gəmisini tərk etməli oldu və piyada qayıtdı. Onun qardaşı oğluda, Ceyms Ross sonra təsdiq etdiki Buthia bir yarımadadı və buranın qərb tərəfində şimal maqnit qütbünün yerləşdiyini müəyyən etdi. Roald Amundsen 1904-cü ildə yarımadanın qərb sahilləri boyunca xizək səyahəti etmişdi. Henri Larsen isə 1940-1942-ci illərdə Şimal-Qərb keçidi vasitəsilə öz uğurlu səyahətləri zamanı, Peysli buxtasında qışlayarkən, xizəklə bütün yarımadası müayinə etmişdir. Burada yalnız bir dənə yaşayış məntəqəsi var — Taloyoak qəsəbəsi.
İstinadlar
redaktə- ↑ "The Canadian Encyclopedia. The Boothia Peninsula". 2011-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-31.