Busefal - Wikipedia
Busefal (q.yun. Βουκέφαλος: d. E.ə. 355 - ö. E.ə. 326) — Makedoniyalı İsgəndərin sahibi olduğu və antik dövrün ən tanınan əfsanəvi müharibə atı[1]. Makedoniyadan Hindistana qədər uzanan səfərlərdə İsgəndərin yanında olmuş, Şimali Hindistanda baş verən Hydaspes döyüşündən sonra ölmüş və Bukefalyada basdırılmışdır. Bukefalya, Makedoniyalı İsgəndərin Busefalın xatirəsinə qurduğu bir şəhər olub hazırda Pakistan sərhədləri daxilində yerləşir və Jhelum olaraq adlandırılır.
Əhliləşdirilməsi
redaktəPlutarkhosun dediklərinə görə Busefal Tesalyadan təlim edilməsi üçün Makedoniyaya gətirilən atlardandır[2]. Bir at taciri olan Philoneicus tərəfindən e.ə. 344-cü ildə satılmaq üçün kral Makedoniyalı II Filipə təqdim edilmişdir[3].
Atın Filipə təqdim olunma anında dəlisov hərəkətləri və bir növ nəzarət altında olunmamasına görə Filip atı almaqdan imtina etmişdir. Amma o günlərdə 13 yaşında olan[4] İsgəndər atı tərbiyə edəcəyini söyləyərək bir şans istəmişdir. Atın öz kölgəsindən qorxduğuna görə narahat olduğunu anlayan İsgəndər onun başını günəşə doğru çevirmiş və atın öz kölgəsini görməsinə mane olaraq sakitləşdirmişdir. Bu arada İsgəndər ata daha çox yaxınlaşmış sonra atın üstünə çıxmışdır. At ilk başda qəbul etmək istəməmiş, lakin İsgəndər daha kiçik yaşlarından at mindiyindən ata sıx sarılmışdır. At bir müddət dəlisovluq etmişdirsə də sonradan sakitləşmiş, İsgəndərlə kiçik bir ekskursiya edib qayıdanda, orada olanlar və ən çox da atası Kral II Filip çox təəccübləniblər. Bu hadisədən sonra yenə Plutarkhosun dediklərinə görə, Filip oğluna "Get özünə başqa bir məmləkət ara oğlum. Bura sənin üçün çox kiçikdir" demiştir[2]. Bukefalosa maraq və şəfqət göstərərək bağlılığını qazanan İskəndər ilə Busefal arasında güclü bir bağ yaranmışdır.
Qaçırılması
redaktəBukefalosun Sadrakarta şəhərində oğurlanmasından sonra İsgəndər yerli xalqa atın qaytarılmasını, əks təqdirdə yaşayış mərkəzinin yerlə-yeksan ediləcəyini bildirmişdir. Buna görə də oğrular atı geri gətirmişdilər. İsgəndər isə oğruları cəzalandırmaq əvəzinə onları mükafatlandıraraq qayıtmalarına icazə vermişdir.
Sənət və populyar mədəniyyətdə Busefal
redaktəAntik dünyanın əfsanə atlarından biri olan Busefal sənətkarlara da ilham mənbəyi olmuşdur. Belə ki, Luvr Muzeyində İsgəndər və Busefalın rəsmlərindən ibarət xüsusi sərgi sahəsi var. 2004-cü ildə çəkilən Böyük İsgəndər filmində Busefalı Friesian cinsindən olan bir at canlandırmışdır. Bundan başqa, Baron Munchausenin Macəraları filmində də fantastik xüsusiyyətlərə sahib bir atın adı da Busefaldır.
2011-2012-ci illərdə yayımlanmış "Fate/Zero" anime serialının 22-ci seriyasında Busefal Rayderin (Makedoniyalı İsgəndər) atı kimi görünmüşdür.[5]
Uzun yallı, qara, cəsur və nəhəng başlı bir heyvan olaraq təsvir edilən Busefal bir çox mifoloji hekayələrdə də mövzu olmuş, hətta bəzi miflərdə Pegasusdan belə yüksəkdə tutulmuşdur. Miflərdən birində Delfi kahinlərindən biri Makedoniyalı II Filipə bu ata minməyi bilənin dünyaya hökm edəcəyini söylədiyi bildirilir.
İstinadlar
redaktə- ↑ Pegasus ve Truva atı gibi mitolojik değerlere sahiptir.
- ↑ 1 2 Arthur Hugh Clough (editör), John Dryden (çevirmen), Plutarch's 'Lives', 2. baskı, Modern Library, 2001. ISBN 0-375-75677-9
- ↑ "Arxivlənmiş surət". 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- ↑ Kimi kaynaklarda 12 yaşında oldukları geçer.
- ↑ Fate/Zero (II mövsüm). 2 sezon. 2 iyun 2012. 23 minutes in. Tokyo MX. 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-05. (#redundant_parameters)