Buqelemun Roman - Wikipedia
Buqələmun — Ülviyyə Tahirin romanı.
Buqələmun | |
---|---|
Buqələmun | |
| |
Müəllif | Ülviyyə Tahir |
Janr | Roman |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2015 |
Seriya | Yeni imzalar |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 224 |
ISBN | ISBN 978-9952-8257-7-0 |
Məzmun
redaktəYazdığı çoxsaylı hekayələri ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran Ülviyyə Tahirin sizə təqdim olunan "Buqələmun" romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və monoton həyat sürən bir insanın ruhunda baş vermiş dəyişikliklərdən söhbət açılır. Romanda ailədaxili münasibətlərin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilab usta bir qələmlə təsvir olunmuşdur.
Maraqlı üslubu ilə seçilən əsərdə insana təsir edən yalnız hadisələrin gedişatı yox, həm də böyük sarsıntı keçirən bir ailənin ehtiyac duya biləcəyi önəmli psixoloji məsələlərin də yer almasıdır.