Bum - Wikipedia
Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[1]
Bum | |
---|---|
41°00′52″ şm. e. 47°46′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 30 avqust 1930 |
Mərkəzin hündürlüyü | 516 m |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 36 |
Digər | |
qebele-ih.gov.az | |
Tarixi
redaktəToponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir.[2]
Tarixi abidələri
redaktəQəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir.[2]
Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.[2]
Əhalisi
redaktə1824-ci il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Bum kəndində 281 təsərrüfatda 1470 nəfər əhali yaşayırdı ki, onların da 788 nəfərini kişilər, 682 nəfərini isə qadınlar təşkil edirdi.[3] Hazırda qəsəbədə 5.095 nəfər yaşayır.
Mədəniyyəti
redaktəQəsəbədə mədəniyyət evi mövcuddur.
Təhsil
redaktəQəsəbədə orta məktəb fəaliyyət göstərir.
Din
redaktəQəsəbədə Bum qəsəbə məscidi dini icması fəaliyyət göstərir.[4]
Səhiyyə
redaktəQəsəbədə ixtisaslaşdırılmış xəstəxana mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ 1 2 3 4 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.58
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |