Bu Film Deyil Film 2011 - Wikipedia
"Bu film deyil" (farsca: In film nist — این فیلم نیست) Cəfər Pənahi və Müctəbe Mirtəhmasibin rejissorluq etdiyi İran sənədli filmi. Film İran rejimi tərəfindən siyasi səbəblərə görə həbs olunan Pənahinin həbs olunmadan öncəki bir gününü təsvir edir.
Bu film deyil | |
---|---|
این فیلم نیست (In film nist) | |
Janr | sənədli |
Əsas mövzu | İnsan hüquqları |
Rejissorlar | Cəfər Pənahi, Müctəbe Mirtəhmasib |
Prodüser | Cəfər Pənahi |
Ssenari müəllifi | |
Baş rollarda | Cəfər Pənahi, Müctəbe Mirtəhmasib |
Operatorlar | Cəfər Pənahi, Müctəbe Mirtəhmasib |
Montajçı | Cəfər Pənahi |
Distribütor | Netflix |
İlk baxış tarixi | 20 may 2011 (Kann kinofestivalı) |
Müddət | 75 dəqiqə |
Ölkə | İran |
Dil | fars |
Rəng | rəngli |
IMDb | ID1667905 |
Filmin çəkilməsi
redaktəPənahi İran rejimi tərəfindən siyasi səbəblərə görə 6 il həbs cəzası, 20 il peşəsini icra edə bilməmək, yəni film çəkməmək, ssenari yazmamaq və ölkədən çıxmamaqla cəzalandırılır. Çəkmək istədiyi yeni filmi də çəkə bilmir. Məhkəmə ərəfəsinin olduğu günlərdə Pənahi, “madam film çəkə bilmirəm, o zaman çəkmək istədiyim filmdən danışaram” deyib dostu Mojtaba Mirtəhmasibi çağırır.
Film çəkildikdən sonra İrandan Fransaya gizli şəkildə — bir ad günün tortunun içində gizlədilmiş yaddaş kartı vasitəsilə göndərilib.
Film 2011-ci il Kann kinofestivalında xüsusi nümayiş etdirildikdən sonra Nyu York Film Festivalına, daha sonra isə başqalarına göndərilir[1].
Sujet
redaktə75 dəqiqəlik filmdə İran rejimi tərəfindən siyasi səbəblərə görə həbs olunan Pənahinin həbs olunmadan öncəki bir gününü təsvir edir. Filmdə dostu gəlir. Pənahi ondan kameranı yandırıb film barədə danışığını lentə almasını istəyir. Belə də edirlər. Pənahi film haqqında danışmaq üçün evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır. Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və:
bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm ki? Filmi anlada bilsək, niyə film çəkək ki? |
— deyib dayanır.
İstinadlar
redaktə- ↑ "Bu film deyil". 2014-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.