Bresler Qulancari - Wikipedia
Bresler qulançarı (lat. Asparagus breslerianus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Bresler qulançarı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bresler qulançarı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəYabanı halda dünyanın mülayim iqlimi rayonlarında – Şimali Afrikada, Avropada, Kiçik və Mərkəzi Asiyada, Şimali Amerikada, Avstraliyada və Yeni Zelandiyada bitir.
Botanika təsviri
redaktəHündürlüyü 50-150 sm olan, çox şahələnmiş, budaqlı, çoxillik bitkidir. Gövdəsi çılpaq, hamar, budaqları düz, yuxarı istiqamətlznmişdir. Kladodiləri nazik, düz, sapşəkilli, uzunluğu 1-3 sm, üç-altı ədəd, oturaqdır, yuxarı istiqamətlənmiş və ya çox-az gövdəyə yapışmışdır. Çıçəklərı ağ-sarımtıl, 1-2 ədəd, uzun,ortasından bölünmüş və ya bir az aşağı vəya yuxarı ayaqlarda əsas oxda və budaqlarda yerləşir; ççiçəkyanlığı zəngvari-qıfşəkilli, uzunsov hissəlidir. Kanarları ağ haşiyəlidir. Erkək çıçiçəklərin uzunluğu təxminən 5 mm, tozluqları təxminən erkəkcik saplarına bərabərdir. Çox qisa ayaqlarda yerləşmiş oturaq, uzunluğu təxminən 1 sm-dir. May-iyun aylarında çıçəkləyir. Meyvəsi şarşəkilli,qırmızı giləmeyvə olub, tez qaralandır. Meyvələri avqustda yetişir.
Ekologiyası
redaktəRütübətsevən, kölgəyədavamlı bitkidir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda, Naxçıvanda, Abşeronda, Murovdağda, Lənkəranda, Astarada rast gəlinir.
İstifadəsi
redaktəAmpel bitkisidir, tək əkinlərdə yaxşı görünür.