Bravo Supermarket - Wikipedia
Bravo — Azərbaycanda yerləşən supermarketlər şəbəkəsi. Sahibi "Azərbaycan Supermarket" MMC-dir.[1]
Bravo Supermarket | |
---|---|
Bravo Supermarket | |
Ümumi məlumatlar | |
Tipi | Məhdud Məsuliyyətli Cəmiyyət |
Sənaye | pərakəndə |
Məhsulları | ərzaq və qeyri-ərzaq məhsulları |
Təsis tarixi | 2017 |
Baş qərargahın yeri | Bakı |
Struktur | |
İşçi sayı | 4000-dən çox |
Ana şirkət | Azərbaycan Supermarket MMC |
bravosupermarket.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəSupermarketlər şəbəkəsi ilk dəfə 2017-ci ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb.[2] 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür.[3] Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır.[4]
Market Sayı
redaktəHazırda Bravo Marketlər Şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəmkir, Yevlax, Tovuz, Lənkəran, Şamaxı, Göyçay və Şuşa şəhərlərində Hiper, Super, Market və kiçik formatlı market formatında 137-dən çox market ilə fəaliyyət göstərir.
Korporativ Sosial Məsuliyyət
redaktəAsan Məktub
redaktəKSM layihəsi çərçivəsində Bravo Marketlər Şəbəkəsinin uğurlu əməkdaşlıqlarından biri Asan Məktubla reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq "Bir qəlbi də sən isit", "Bayram Payı", "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib.
Belə ki, Bravo hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır. Müştərilər marketlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilirlər.
Bu günə qədər 1000-dən çox balaca fidanların arzuları gerçəkləşdirilib.
Sevinc Payı
redaktəBravo-nun keçirdiyi KSM layihələrdən biri də #PaylaşaraqSevindirək! şüarı altında satışa çıxarılan "Sevinc Payı" qutularıdır. Bu qutuların içində uşaqlar üçün şirniyyatlar, həmçinin hədiyyəli kuponlar olur. Layihənin əsas məqsədi hər qutudan gələn 1 AZN gəlirin xeyriyyə məqsədilə istifadə edilməsidir.
Pensiyaçı kartı
redaktəSərfəli alış-verişə kömək edən Bravo "Pensiyaçı Kartı" məhsulları 10% endirim ilə əldə etməyə imkan yaradır. Bravo hipermarket, superstor və supermarketlərdə Müştəri Xidmətləri bölməsinə yaxınlaşaraq pensiya kartı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə Bravo "Pensiyaçı Kartı" əldə etmək mümkündür.
Bundan başqa Umico, hədiyyə kartları da mövcuddur.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Bravo Supermarket satış proseslərini avtomatlaşdırır". Trend News Agency. 09.02.2022. 2022-10-01 tarixində arxivləşdirilib.
- ↑ "Yeni "BRAVO" superstor artıq Şəmkirdə - FOTO". Oxu.az (az.). 11 mart 2021. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2021.
- ↑ "İri marketlər yeni birlik yaratdı". Oxu.az (az.). 4 sentyabr 2020. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2021.
- ↑ "İlham Əliyev və Mehriban Əliyeva "Bravo"nun açılışında - YENİLƏNİB + FOTO". Oxu.az (az.). 4 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2021.
- ↑ "Bravo Supermarket Azərbaycanın rəsmi internet səhifəsi". https://www.bravosupermarket.az (az.). 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.