Bran Qesri - Wikipedia
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir.
Bran qəsri | |
---|---|
Castelul Bran | |
45°30′54″ şm. e. 25°22′01″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
Şəhər | Bran |
Yerləşir | Braşov |
Aidiyyatı | Drakula qəsri |
Tikilmə tarixi | XIII əsr |
Üslubu | neoqotika |
Vəziyyəti | muzey |
Rəsmi sayt | bran-castle.com |
Rumıniyanın qeydiyyata alınmış tarixi abidələri | |
İstinad nöm. | BV-II-a-A-11610 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir.
Tarixi
redaktə1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur. Vallaxiya kralı Vlad Tepeşin 1448–1476-cı illərdə Bran keçidindən keçməsinə baxmayaraq qəsr tarixində vacib rol oynamamışdır. Qəsr Macar Krallığına aid idi, lakin kral Vladislav borcunu ödəmədiyi üçün 1533-cü ildə qəsr Braşov şəhərinin olmuşdur. XVIII əsrdə qəsr vacib strateji mövqeyə sahib idi. 1920-ci ildə qəsr Rumıniya Krallığının rəsmi iqamətgahı oldu. Kraliça Mariyanın ən sevdiyi yerlərdən biri olub. Qəsr daha sonra qızı İlliananın oldu, ancaq 1948-ci ildə kommunist rejim qəsri ələ keçirdi.
2005-ci ildə Rumıniyada qüvvəyə minən qanunla qəsr 2006-cı ildə İlleananın oğlu Dominik von Habsburqa verildi.2007-ci ildə qəsr 40 milyon funta satışa çıxarılıb. 1 iyun 2009-cu ildə Habsburq qəsri ziyarətçilərin üzərinə açdı.
Qalereya
redaktə-
.