Bozdogan - Wikipedia
Bozdoğan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd[2]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunmuşdur.[3][4] 1850-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşmişdir.[5][6] 1935-ci ildə kənd ermənicə Sarakap adlandırılmışdır. XIII əsrdə Anadolunun cənub-qərbində yaşamış türk mənşəli Bozdağan (Boztuqan) tayfasının[7] adını əks etdirir. Orta əsrlərdə Anadolunun Qoçhasar bölgəsində yaşayan bir el də Bozdoğan adlanırdı . Orta əsrlərdə Şərqi Türkiyədə Bozdoğan kəndi məlumdur[8][9]
Tarixi Azərbaycan əraziləri | |
Bozdoğan | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Şörəyel mahalı |
İndiki adı | Sarakan |
Adının dəyişdirilmə tarixi | 1935 |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəRayon mərkəzindən 40 km məsafədə, Arpaçaydan 8 verst aralıda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[10], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[11]
Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından[12][13] formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 03.01.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakan qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
- ↑ Еремеев Д.Е. Происхождение юрюков и туркмен Турции и основные этапы их истории. "Этнические процессы и состав населения в странах Передней Азии". М., 1963.
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1993.
- ↑ Шарафхан Бидлиси. Шараф-наме. Перевод, предисловие, примечания и приложения Е.И.Васильевой, т. II. V., 1976..
- ↑ Bayramov A. Ə. Qədim Oğuz ellərinin – Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
- ↑ Faruq Sümər. Oğuzlar. Bakı, 1992.
- ↑ Мамедов С. Азербайджан по источникам XV-первой половины XVIII вв. Баку, 1993.
- ↑ Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.96
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 41
- ↑ Еремеев Д.Е. Юрюки, М., Наука, 1969, s.11
- ↑ Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992, s.188–189, 332