Boz Sicanciq - Wikipedia
Boz siçancıq (lat. Cricetulus migratorius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin siçancıqlar fəsiləsinin siçancıq cinsinə aid heyvan növü.
Boz siçancıq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Boz siçancıq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xarici görünüşü
redaktəBədənin uzunluğu 128, quyruğu 37 mm-ə qədərdir. Üstünün rəngi tünd-bozdan açıq kül-boza qədər, noxuda çalarlıdır.
Yayılması
redaktəYunanıstandan və Ruminiyadan Monqolustan və Çinə qədər Avroasiyada yayılmışdır. Azərbaycanda Xəzər sahilindən 2200–2400 m hündürlüyə qədər hər yerdə müşahidə edilir. Sistematikası öyrənilməmişdir. Görünür, C.m.issabellinus de Flippi formasına aiddir.
Həyat tərzi
redaktəBaşlıca olaraq çöl növü olub yarımsəhra quraqlığı şəraitinə və rütubətli subalp çəmənlərinə də uyğunlaşır. Gəmiricinin areal hüdudlarında yerləşməsi iki xüsusiyyətlə səciyyələnir: tutduğu biotopların böyük miqdarı və kənd təsərrüfatı sahələrinə sıx bağlılığı. Onun qeydə alındığı 25 biotopun 12-si becərilən torpaqların payına düşür. Landşaftdan asılı olmayaraq siçancıq müxtəlif otluqda, kolluqlarda və cəngəlliklərdə rast gəlinir. Sadalanan yerlərdə gəmiricinin miqdarı 0,4–0,8 % təsadüfə bərabər olub mövsümi sabitliyi ilə səciyyələnir. Onun sayı yalnız hündür dağ çəmənlərində həmişə az olur. Şoranotlu qruplaşmalarda bu göstərici yazda 0,6 % -dən, qışda 2,6 % -ə qədər, daşlıqlarda isə yayda 0,5% — dən qışda və yazda 1,0–1,4%-ə qədər dəyişir. Bu növün Xəzər sahilinin zəif bərkimiş qumluqlarında tapılması maraq doğurur. Yarımsəhrada siçancıq 21 biotopda rast gəlinmişdir. Özlərinin qazdıqları yuvalar sadə quruluşlu olub iki çıxışı və bir kamerası olur. Qida ehtiyatlarının saxlanılması üçün çox vaxt kor kameralrdan istifadə olunur.
Çoxalması
redaktəİldə bir neçə nəsil verərək hər dəfə 10-a qədər bala doğur. İlk nəslin cavanları doğulduqları il çoxalmada iştirak edirlər. Təqribən 3 ilin çox hissəsində erkəklərin üstünlüyü hiss olunur.
Qidalanması
redaktəBaşlıca olaraq bitki toxumları ilə qidalanır. Yuvalarda taxıl bitkilərinin dənləri, balqabaq, qarpız və günəbaxan toxumları tapılmışdır. Bunların çəkisi 800 q-a qədər olmuşdur. Heyvani qidadan həmişə, xüsusilə yerüstü molyusklardan, tırtıl və cücü sürfələrindən istifadə edir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0