Borjomi Su - Wikipedia
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur.[1][2]
Borjomi ბორჯომი | |
---|---|
Növü | Qazlı mineral su |
Mənşəsi | |
Yaradıldığı il | 1890 |
borjomi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi.[1]
Borjomi 40-dan çox ölkəyə ixrac olunur.[1] "IDS Borjomi"-yə daxil Borjomi şirkətinin əksər payı, Gürcüstanın iş adamı İnna Qudavadze tərəfindən 2013-cü ilin yanvar ayında Rusiyanın "Alfa Group" şirkətinə satılıb. 2012-ci ildə şirkət Forbes jurnalı tərəfindən 500 milyon dollar dəyərində qiymətləndirilmişdir. İnna və onun ailəsi hal-hazırda biznesdə təsirini saxlayıb.[3]
Gürcüstan və Rusiya tədqiqatçıları tərəfindən Borjomi suyunun istifadəsi bir sıra həzm xəstəliklərinin və şəkərli diabet xəstələrinin kompleks müalicəsi üçün təklif edilmişdir.[4][5][6][7]
Tarixi
redaktəBorjomi mineral bulaqları min ildən çoxdur ki, aşkar edilmişdir.[1] Arxeoloqların aşkarladığı VII əsrin əvvəlinə aid yeddi böyük qaya vannaları, ehtimallara görə bulaq sularının mövcudluğu və istifadəsi üçün hamam məqsədini daşıyır.[1] 19-cu əsrin əvvəllərində bulaqlar yenidən aşkarlanmadan əvvəl tərk edilmişdir. O zamana qədər davam edən müharibə nəticəsində Borjomi və ətrafı depopulyasiya edilmişdi və keçilməz meşələrlə örtülmüşdü.[8]
1829-cu ildə Rusiya imperiyası ordusunun Xerson qrenadir alayı Borjomi şəhərində Osmanlı imperiyasına qarşı əməliyyatlarda yerləşdiriləndə, rus əsgərləri Borjomi çayının sağ sahilində mineral bulaqlar tapdılar. Tapıntı ilə maraqlanan, polkovnik və alay komandiri Pavel Popov, bulaqların təmizlənilməsini, suların şüşələrə tökülmə və hərbi bazaya çatdırılmasını əmr etmişdir. Mədə xəstəliklərindən əziyyət çəkən polkovnik mineral suyun təsirini ilk olaraq öz üzərində sınamışdır.[1] Su Popova müsbət dərəcədə təsir göstərdiyindən, o, bulağın ətrafının daşlarla dövrələnməsi, özü üçün yaxınlıqda hamam və kiçik ev tikilməsi barədə əmr verir. 1837-ci ildə Xerson alayı gürcü qrenaderləri ilə əvəz olunur. Alay həkimi Əmirov bulaqdan əldə olunmuş suyun tərkibini və təsirini araşdırmağa başlayır. O, suyun ilk nümunələrini Sankt-Peterburqa və Moskvaya göndərir.[1] 1841-ci ildə su o qədər məşhurlaşır ki, çarın Qafqazdakı canişini Yergeni Qolovin öz qızını müalicə üçün Qafqaza gətirir. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi məlum olmasa da, su qıza çox kömək edir və canişin birinci bulağı qızının şərəfinə "Yekaterina bulağı" (rus. Екатерининский), həmin vaxtda aşkar edilmiş və ətrafında abadlıq işləri aparılmış ikinci bulağı isə öz şərəfinə "Yevgeni bulağı" (rus. Евгеньевский) adlandırır.[1]
Qolovin həmçinin suların rəsmi hərb orqanlardan mülki orqanlara köçürülməsini sürətləndirdi.[9] 1850-ci ildə Borjomidə mineral su parkı açıldı. 1854-cü ildə isə ilk sudoldurma zavodunun tikintisinə başlanır. Borjomi suyu bütün Rusiya İmperiyası boyu müalicə effektlərinə görə şöhrət qazandı və hökumət gələn turistləri və xəstələri yerləşdirmək üçün saraylar, parklar, ictimai bağlar və otellər qurmağa başladı. 1894-cü ildə Xaşuridən Borjomiyə qədər çəkilən dəmiryol qolu əlaqələri xeyli dərəcədə yaxşılaşdırdı – o vaxta qədər bura faytonlarda, at arabalarında gedib-gəlirdilər və Tiflisdən Borjomiyə qədər yol təxminən 8–9 saat vaxt aparırdı. Bulaqlara səfər edənlər arasında Anton Çexov, Pyotr Çaykovski, eləcə də Rusiya çar ailəsinin üzvləri kimi tanınmış şəxslər olmuşdur.[10] O vaxtlar Borjomi rus turistlərin səfər etdiyi Vişi kimi oxşar Avropa spalarının rəqibi idi və məhz buna görə də, Borjomini "Rus Vişisi" və "Qafqazın mirvarisi" kimi tanınırdı.[9][11][12][13]
1894-cü ildə ildə Mixail Romanov Borjomi Mineral su parkında şüşələmə zavodunu tikdirdi.
Xüsusiyyətləri
redaktəQablaşdırma
redaktəMükafatlar
redaktə- 1907 SPA Qrand-Pri
- 1909 Kazan Böyük qızıl medalı
- 1911 Drezden Diploma of Honour
- 1940 Tallinn qızıl medalı
- 1975 Budapeşt Şərəf diplomu, Dünya Sərgisi
- 1998 Novosibirsk qızıl medalı
- 1996, 1997, 1998 Sankt-Peterburq qızıl medalı
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "History of TM". IDS Borjomi Georgia. 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
- ↑ Forbes, Bertie Charles. Forbes. Volume 175, Issues 1-4. Forbes, Inc. 2005. səh. 81. (#accessdate_missing_url)
- ↑ "Russian Investor Buys Control of Georgia's Borjomi Mineral Water Brand, Sputnik News". 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
- ↑ "Clinical researches results". IDS Borjomi Georgia. 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
- ↑ Iakhontova, OI; Valenkevich, LN; Shepp, EE; Lambina, SA; Demidova, TV; Shepp, AE. "[The functional-morphological changes in the duodenum in chronic pancreatitis]". Likars'ka sprava / Ministerstvo okhorony zdorov'ia Ukrainy (8). Aug 1992: 33–6. PMID 1475921.
- ↑ Shugarov, AA; Tvauri, MP. "[Indications for directing a patient to Borzhom spa]". Voenno-meditsinskii zhurnal. 5 (6). Jun 1957: 63–4. PMID 13557781.
- ↑ Shugarov, AA; Tvauri, MP. "[Experience in the treatment of patients with diabetes mellitus at the Borzhomi health resort]". Voprosy kurortologii, fizioterapii, i lechebnoi fizicheskoi kultury. 33 (4). Jul–Aug 1968: 366–7. PMID 4242626.
- ↑ (rus.) Potto, Vasily, (2006, originally published 1899), Кавказская война. Том 1. Турецкая война 1828–1829гг. Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine [The Caucasus War. Vol. 1: the Turkish War, 1828–1829], p. 67. Tsentripoligraf), ISBN 5-9524-2105-9. Retrieved 2011–03-01
- ↑ 1 2 McReynolds, Louise (2003), Russia at Play: Leisure Activities at the End of the Tsarist era Arxivləşdirilib 2019-12-23 at the Wayback Machine, pp. 175, 173. Cornell University Press, ISBN 0-8014-4027-0. Retrieved 2011–03-01
- ↑ Burford, Tim. Georgia. Timber Press. 2007. səh. 158. ISBN 978-1-84162-261-3. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
- ↑ Cockfield, Jamie H. (2002), White Crow: The Life and Times of the Grand Duke Nicholas Mikhailovich Romanov, 1859–1919 Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine, p. 39. Greenwood Publishing Group, ISBN 0-275-97778-1. 2011–03-01
- ↑ (rus.) Dzhanshiyev, Grigory (1886), Перл Кавказа. Боржом-Абастуман [Pearl of the Caucasus. Borzhom–Abastuman]. A. Mamontov Press. Retrieved 2011–03-01.
- ↑ Meakin, Annette M. B. (1906), Russia: Travels and Studies Arxivləşdirilib 2019-12-24 at the Wayback Machine, p. 420. Ayer Publishing, ISBN 0-405-03086-X. Retrieved 2011–03-01.