Boris Bey Sofiyev - Wikipedia
Boris bəy Sofiyev (rus. Борис Бек-Софиев; doğum adı: Əskər Sofiyev;[1] 10 iyun 1872 – 25 aprel 1934) — Rusiya İmperator Ordusunun zabiti, Rus-yapon və Birinci Dünya müharibələrinin iştirakçısı. Müqəddəs Georgi ordeni kavaleri.
Boris bəy Sofiyev | |
---|---|
rus. Борис Бек-Софиев | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü |
piyada artilleriya |
Xidmət illəri | 1894—1920 |
Rütbəsi | |
Döyüşlər |
Rus-yapon müharibəsi Birinci Dünya müharibəsi Vətəndaş müharibəsi |
Təltifləri |
|
Həyatı
redaktəBoris bəy Sofiyev Tiflis quberniyasından olan zadəgan ailəsində anadan olub. Atası Abbasqulu bəy Sofiyev Terek kazak qoşunlarının Volqa alayının qoşun starşinası olub.[2] Anası Mixalina Yakubovskaya litva-tatar mənşəli nəsildən idi. Boris bəy Sofiyev XIX əsrin 90-cı illərində pravoslavlığı qəbul etmiş və adını Əskərdən Borisə, ata adını isə Abbasquludan Aleksandra dəyişdirmişdir.[3]
Ümumi təhsili Pskov kadet korpusunda alıb. Xidmətə 3-cü Aleksandrovski məktəbində sıravi yunker kimi başlayıb. 1894-cü ildə təhsilini bitirdikdən sonra podporuçik kimi 110-cu Kamski piyada alayına göndərilib. Eyni ildə xidməti üzrə sınaqdan keçməsi və sonradan artilleriyaya köçürülə bilməsi üçün müvəqqəti olaraq, 6-cı artilleriya briqadasına göndərilib. 1896-cı ildə 6-cı, 1898-ci ildə isə 2-ci artilleriya briqadasına köçürülüb. 19 iyul 1898-ci ildə poruçik, 19 avqust 1901-ci ildə isə ştabs-kapitan rütbəsinə layiq görülüb.
1904–1905-ci illərdə rus-yapon müharibəsində iştirak edib.
1907-ci ildə 1-ci Şərqi-Sibir mortira artilleriya divizionuna köçürülüb və kapitan rütbəsinə təqdim edilib. 1912-ci ildə 19-cu artilleriya briqadasına köçürülmüşdür.
1913-cü ildə zabit artilleriya məktəbinə ezam edilmiş Boris bəy Sofiyev oranı uğurla bitirmişdir. 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlib və 19-cu artilleriya briqadasının batareya komandiri təyin olunub.
Birinci dünya müharibəsinin başlanması ilə 65-ci artilleriya briqadasında 5-ci batareyanın komandiri təyin edilib.
4 noyabr 1915-ci ildə polkovnik rütbəsinə yüksəlib. 30 aprel 1916-cı ildə 57-ci artilleriya briqadasının 1-ci divizionunun komandiri təyin edilib.
Vətəndaş müharibəsi zamanı ağ hərəkatın iştirakçısı olub.[4] O, Yaroslavl üsyanı və Bredov yürüşündə iştirak edib.
1920-ci ildə Yuqoslaviyaya, daha sonra isə Fransaya köçüb. 25 aprel 1934-cü ildə Parisdə vəfat edib.
Mükafatları
redaktə- III dərəcəli Müqəddəs Stanislav ordeni (19.01.1901)
- III dərəcəli Müqəddəs Anna ordeni (21.01.1906, 13.05.1907)
- "Cəsurluğa görə" qızıl silah (22.11.1914, 24.02.1915)
- IV dərəcəli Müqəddəs Georgi ordeni (26.11.1914, 13.01.1915)
- II dərəcəli Müqəddəs Stanislav ordeni (11.02.1915)
- II dərəcəli Müqəddəs Anna ordeni (qılıncla birlikdə) (29.03.1915, 11.01.1916)
- IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) (22.08.1915)
Ailəsi
redaktəQardaşı — Nuh bəy Sofiyev
Arvadı — Lidiya Nikolayevna Rodionova
Oğulları: Yuri (doğ. 20.02.1899), Lev (doğ. 11.11.1902) və Maksimilian (doğ. 17.01.1906).
İstinadlar
redaktə- ↑ "Qərib Məzarlar - Fransa (səh 105)" (PDF). Ebediezamiyyet.az. 8 Aprel 2018 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Русская императорская армия//Софиев Абас-Кули-Бек". 2019-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
- ↑ Азербайджанский некрополь во Франции — irs-az.com Arxiv surəti 7 aprel 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2018-04-07 at the Wayback Machine
- ↑ Волков С. В. База данных "Участники Белого движения в России" Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine