Boris Smirnov - Wikipedia
Boris_Smirnov - Haqqında Məlumat
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı,
Boris Smirnov | |
---|---|
rus. Бори́с Ива́нович Орло́вский | |
Doğum adı | Борис Иванович Смирнов |
Doğum tarixi | 1792[1] və ya 1793 |
Doğum yeri | Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | 16 (28) dekabr 1837[1] |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTəhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir.
Yaradıcılığı
redaktəƏn yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir.
Əsərləri
redaktə- M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı
- M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı
Ədəbiyyat
redaktə- ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
İstinadlar
redaktə- ↑ 1 2 Карсавин Л. Орловский, Борис Иванович (rus.). // Русский биографический словарь / под ред. А. А. Половцов СПб: 1905. Т. 12. С. 316–317.
Xarici keçidlər
redaktəVikianbarda Boris Smirnov ilə əlaqəli mediafayllar var.
- Orlovskij, Boris Ivanovitj i Nordisk familjebok (andra upplagan, 1914)