Borden Adasi - Wikipedia
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Borden adası | |
---|---|
ing. Borden Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 2794 km² |
Uzunluğu |
|
Eni | 82 km |
Hündür nöqtəsi | 150 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
78°30′ şm. e. 111°30′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəBorden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur.
Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir. Sahil xəttinin uzunluğu 418 km-dir[1]. Adanın uzunluğu 92 km (şərqdən qərbə), maksimum eni isə 55 km (şimaldan cənuba). Adanın relyefi şimal və cənub yarısında fərqlidir: şimalda hündürlüyü 10 metrdən 50 metrə qədər olan düz relyef və cənub-şərqdə daha dağlıq ərazi (orada yüksəkliklər 150 metrdən çox deyil) müşahidə edilir.
Borden adası digər Arktika adalarından onunla fərqlənir ki, burada heç bir göl yoxdur, lakin adanın alçaq sahilləri çoxsaylı kiçik çaylar vardır. Adanın sahillərinə çoxlu sayda kiçik adalar səpələnmişdir, adanın qərb ucunda 25 ada yerləşir. Şimal sahili boyu isə çoxlu kiçik adacıqlar və qayalar vardır[2].
Tarixi
redaktəİlk dəfə 1916-cı ildə Vilyalmur Stefanson tərəfindən tədqiq edilmişdir. Əvvəlcə adanın Makkenzi Kinq adası ilə bir olduğu güman edilirdi, ancaq 1947-ci ildə aerofotoqrafiya adaların boğazla ayrıldığını göstərir. Ada 1911–1920-ci illərdə Kanadanın baş naziri olmuş Robert Bordenin adını daşıyır[3].
İstinadlar
redaktə- ↑ "Sea islands: Atlas of Canada; Natural Resources Canada". 2013-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
- ↑ "Oceandots.com — The Islands Encyclopedia. Borden Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-16.
- ↑ "Borden Island. Canadian Encyclopedia".[ölü keçid]