Borciya Ailesi - Wikipedia
Borcia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir.
Borciya ailəsi | |
---|---|
Borja | |
Ölkə | |
Banisi | Alfonso de Borcia |
Sonuncu hökmdar | Rodrigo de Borcia |
Hazırkı rəhbər | Rodrigo de Borcia Cevalles |
Əsası qoyulub | XV əsr |
Milliyyət | İspan |
Titullar | |
Papa Kardinal |
|
Vikianbarda əlaqəli mediafayllar |
Borcia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borcia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borcia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və insest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Mediçi, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu.[1]
Ailə üzvləri
redaktəAlfonso de Borcia
redaktəBorcia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borcia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür. Lleida Universitetində hüquq ixtisası üzrə dərs deyən Alfonso de Borcia bir müddət Araqon Krallığı üçün çalışsa da, daha sonra kardinal seçilir. 1455-ci ildə 77 yaşında Papa seçildi və bu vəzifədə yalnız 3 il qala bilir. 1458-ci ildə vəfat edib.[2]
Rodriqo de Borcia
redaktəAlfonsonun bacısı oğlu olan Rodriqo de Borcia Valensiyada dünyaya gəlmişdir. Atası Jofré Llançol i Eskrivà, anası isə İzabella de Borcia idi. Gənc yaşlarında kardinal seçilmiş, bu illərdə Vanozza dei Kattaneidən 4 övladı olmuşdur: Covanni, Çezare, Lukretsiya və Coffre. 1492-ci ildə VI Aleksandr adıyla Papa seçilmişdir. Papa seçildikdən sonra Culia Farnese adlı məşuqəsindən bir qızı da dünyaya gəlmişdir. Papalıq dönəmində önəmli islahatlar apardı. Haqqında müsbət fikir yaratsa da, bu çox çəkmədi. Həddindən çox saray xərcləri, dini vəzifələrin satılması və korrupsiyanın güclənməsi əhali arasında narazılığın artmasına səbəb oldu. Bundan başqa ailə üzvlərinin güclənməsinə də şərait yaratmışdır. Belə ki, böyük oğlu Covanni de Borcia Papa ordusunun baş komandiri kimi, digər oğlu Çezare isə 18 yaşında kardinal seçilən ilk şəxs olaraq tanınır. Bütün bunlara baxmayaraq ailəsi tərəfindən çox da sevilməyib. Belə ki, övladlarından Lukretsiya və Çezare de Borcia birləşərək atalarını zəhərləməyə çalışmış, ancaq işin üstü açılmışdır.
İtaliya və İspaniyadakı nüfuzlu ailələrin dəstəyini almaq məqsədilə övladlarından istifadə etmişdir. Milan bölgəsindəki güclü Sforza ailəsi ilə yaxınlıq qurmaq üçün qızı Lukrezianı Covanni Sforza ilə evləndirmişdir. Ən kiçik oğlu Coffre de Borcia isə Araqon Krallığından Araqonlu Sançha ilə evlənmişdir.[3][4] Papa VI Aleksandr 1503-cü ildə Romada vəfat etmişdir.
Çezarenin təhsil həyatı sırf atası tərəfindən planlandırılmışdır. Belə ki, gələcəkdə Papa seçilməsi güman edilirdi. 12 yaşına qədər Romada xüsusi təhsil almışdır. Peruca Universitetində hüquq təhsili aldıqdan sonra Piza Universitetində din təhsili aldı. 18 yaşında universiteti bitirdikdən sonra atası tərəfindən kardinal seçilir. Böyük qardaşı Covanni de Borcianın inanılmaz şəkildə ölməsinin ardından ön plana çıxır. Bu səbəbdən qardaşını öldürdüyü güman edilir, ancaq bu haqda heç bir sübut tapılmır. Qardaşının vəfatından sonra dini vəzifələrindən azad edilir və Fransız şahzadəsi Şarlott d`Albert ilə evlənir. Atasının ölümündən sonra Papa III Piyi dəstəkləyir, ancaq 2 ay sonra bu ittifaq bitir. Çünki III Piy vəfat edir və yeni Papa seçimləri başlayır. Bu dəfə də Papa II Yuli ilə ittifaq qurur. Papa seçimləri bitdikdən sonra isə bu ittifaq nəinki bitir, hətta Papa II Yuli onun ən böyük düşməninə çevrilir. Yeni Papa tərəfindən 1506-cı ildə həbs edilir, ancaq bir müddət sonra həbsdən qaçır. 1507-ci ildə Navarradakı Viana qalasını mühasirəyə alır. Navarra Kralı III Jana (Xuana) sığınan Çezare de Borcia burada üsyan qaldıran Lui de Beaumont tərəfindən öldürülür.
Lukretsiya atası tərəfindən Covanni Sfortsa ilə evləndiriləndə hələ 13 yaşı var idi. Tamamilə siyasi bir nikah olan bu evlilik 4 il davam edir. Artıq əvvəlki kimi Sfortsa ailəsinə ehtiyacı qalmayan VI Aleksandr qızının nikahını rəsmi olaraq ləğv edir. Hamilə olmasına baxmayaraq nikahı pozulan Lukretsiya bir müddət sonra övladını gizlicə dünyaya gətirir. Bu doğulan uşaq, Lukretsiyanın hamiləliyi barədə çoxlu şaiələr gəzir. Deyilənə görə məhz Lukretsiya hamilə olduğuna görə əri Sfortsa ondan boşanıbmış. Uşağin əsl atasının Papanın qulluqçusu ispan Pedro adlı şəxs olub. Çezare Borcia sarayda Papanın gözü qarşısında onu qılıncla yaralayır və bir neçə gündən sonra Pedronun cəsədi Tibr çayından tapılır. Papanın xüsusi gizli bullası ilə yeni doğulan uşaq Papa Vl Aleksandrın oğlu kimi qeydə alınır və o Lukretsiyanın ögey qardaşı kimi tanıdılır. Bütün bu hadisələr Borcia ailəsində intsestə yol verildiyinə, ən əsas da Papa Vl Aleksadrın özünün mənəviyyatı haqda söz-söhbətlərə, şairlərə səbəb olur.
İkinci evliliyi nüfuzlu Araqon ailəsinə mənsub olan Alfonso ilə baş tutur. Ancaq bu evlilik də qısa olur. Səbəb isə qardaşı Çezarenin tərtibi ilə Alfonsonun öldürülməsi olur.
Üçüncü və son evliliyi isə Alfonso d`Este ilə baş tutur. İlk dəfə sevərək evlənən Lukretsiya bəzi illeqal münasibətlərinə baxmayaraq evliliyini davam etdirir. Çox sayda övladı olsa da, çoxu da uşaq yaşlarında vəfat etmişdir. 1519-cu ildə doğuş zamanı vəfat etmişdir.[5]
Qalereya
redaktə-
Alfonso de Borcia
-
Rodrigo de Borcia
-
Covanni de Borcia
-
Çezare de Borcia
-
Lukretsiya de Borcia
-
Coffre de Borcia
-
Papa VI Aleksandrın qeyri-qanuni münasibətdə olduğu Culia Farneze
Mənbə
redaktə- ↑ İtalyanca Gonfaloniere della Chiesa
- ↑ The Borgias: or, At the feet of Venus, Vicente Blasco Ibáñez, P. Dutton & Co. Inc., 1930, pages 242, 313
- ↑ Napoli kralı II. Alfonso'nun evlilik dışı kızıdır
- ↑ Bu dönemde Napoli Krallığı üzerinde Fransa ve İspanya hak iddia etmektedir
- ↑ Bradford, Sarah (2005). Lucrezia Borgia: Life, Love and Death in Renaissance Italy (Reprint ed.). Penguin. pp. 67–68. ISBN 978-0143035954