Borcali - Wikipedia
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Qarapapaq'ların gəlməsi ilə şəkillənib.
Tarixi
redaktə1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır:
(برشلیّه) Bərşəliyyə — Arranda yer adıdır, Persiya hökmdarlarının səlnamələrində adı çəkilir.[1][2][3][K 1] |
Rus işğalı
redaktəGürcüstan quberniyası tərkibində
redaktə1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.
Gürcüstan–İmeretiya quberniyası tərkibində
redaktəTiflis quberniyası tərkibində
redaktə1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv. km.-ə, 1922-1929-cu illərdə (qəza məhz 1929-cu ildə rayonlara bölünmüşdür) isə 2665 kv. km.-ə qədər azaldılmışdır. Mahalın ümumi sərhəd xəttinin uzunluğu 485 km. olmuşdur. 1897-ci ildə aparılmış siyahıyaalmaya əsasən Borçalı qəzasının 128.587 nəfər əhalisi olmuşdur.[5]
Ermənilərin köçürülməsi
redaktəÇar Rusiyası tərəfindən ermənilər Borçalı ərazisinə bir neçə mərhələdə köçürülmüşdür. Dağ Borçalısına -Loruya və Cəlaloğluna (indiki Stepanavan) ermənilər keçmiş İrəvan xanlığının ayrı – ayrı əyalətlərindən, Barmaqsıza (indiki Salka) Ərzurumdan, Anaxatır çayı sahillərinə isə Qarabağdan gəlmişdilər. 1873 – cü ildə Cəlaloğlunda yerləşdirilmiş erməni ailələlərinin sayı 107-a (877 nəfər), 1887-ci ildə isə 232 ailəyə (1630 nəfər) çatmışdı. Barmaqsızın Sabit axça kəndinə köçürülən 25 kürd ailəsi 1885-ci ildə buranın iqlim şəraitinə uyğunlaşmayaraq Qarsa köçüb getmişdilər.[6]
Toponimlərin dəyişdirilməsi
redaktəGürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra azərbaycan mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanmışdır. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişdirilmişdir. 1989-92-ci illərdə isə əsasən Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilmişdir [7]. Toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlara baxmayaraq problem həll olunmamış qalır.[8][9]
27 iyun 2005-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasısındakı deputatı R.Hüseynov Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və sosial problemləri barədə sənəd yaymış və burada Azərbaycan mənşəli toponimlərin bərpası zərurəti də vurğulanmışdır. Sənəd Assambleyada müzakirəyə çıxarılmamış və tövsiyə sənədi olaraq 11 deputat tərəfindən imzalanmışdır [10].
Coğrafiyası
redaktəQədim Borçalı diyarı Aran Borçalı və Dağ Borçalı olmaqla 2 hissədən ibarət olmuşdur. Aran Borçalı Gürcüstanın Azərbaycan və Ermənistanla sərhədyanı bölgəsini əhatə edir. Şimaldan Cocer dağları (Trialeti silsiləsi), cənubdan Ermənistan, qərbdən Qaraxaç yaylası (Cavaxet silsiləsi), şərqdən Azərbaycan Respublikası və İori yaylası ilə hüdudlanır. Ermənistan SSR yaradılanadək Borçalı cənubdan Ermənistanın hazırda Lori və Tavuş adladırılan vilayətlərinin şimal hissəsini də ehtiva etmişdir (Dağ Borçalı). Sovetlər Birliyi dövründə aparılmış mərhələli etnik təmizləmədən sonra azərbaycanlı faktorunun tam aradan qalxması ilə əlaqədar olaraq Dağ Borçalı bir toponim olaraq yaddaşlardan silinmişdir. Hazırda Borçalı dedikdə, hafizələrdə daha çox Aran Borçalı canlanır.
Borçalının ərazisi Xram və Kür çaylarının aşağı axarlarında dəniz səviyyəsindən təqribən 280 metrdən başlayaraq Qaraxaç yaylaqlarında hündürlüyü 3196 metrə çatan Ağçala dağınadək olduqca müxtəlif relyefə malikdir. İqlimi mülayim kontinentaldır.
İnzibati bölgü
redaktəSahəsi 6,528 min km2 (Gürcüstan ərazisinin 9,4%-i) təşkil edən Borçalı mahalı inzibati nöqteyi-nəzərindən hazırda Rustavi (Bostandərə) şəhəri də daxil olmaqla, 6 rayonu – Qardabani (Qaratəpə), Marneuli (Sarvan), Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetriskaro (Ağbulaq) və Salka (Barmaqsız) rayonlarını ehtiva edir. Bölgədə 7 şəhər (Rustavi – 114331 nəfər, Marneuli – 19897 nəfər, Qardabani – 11786 nəfər, Bolnisi – 9938 nəfər, Dmanisi – 3426 nəfər, Tetriskaro – 4007 nəfər, Salka – 1741 nəfər), 8 qəsəbə (Kazret – 7268 nəfər, Tamaris – 434 nəfər, Böyük Lilo – 2132 nəfər, Kocor – 1358 nəfər, Mənglis – 2679 nəfər, Şaumyan – 3629 nəfər, Bedian – 218 nəfər, Trialet – 326 nəfər) və 348 kənd mövcuddur (ətraflı olaraq bax: Borçalı kəndləri)
Demoqrafik vəziyyət
redaktəGürcüstan Statistika Departamentinin məlumatlarına görə 2006-cı ildə Borçalı bölgəsinin əhalisi 507,6 min nəfər və ya Gürcüstanın cəmi əhalisinin 11,5%-ni təşkil etmişdir. Əhalinin 37,2%-i şəhərlərdə, 62,8%-i isə kəndlərdə yaşayır. İntensiv təbii artımla və Gürcüstanın müxtəlif bölgələrindən əhalinin buraya yerləşdirilməsi ilə əlaqədar olaraq 2005-ci il ərzində əhalinin sayı 2,6% artmışdır.
2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük (cəmi əhali üzrə 45,1%, kənd əhalisi üzrə 62,5%) təşkil edir. İkinci ən çoxsaylı milli toplum gürcülər (cəmi əhali üzrə 44%, kənd əhalisi üzrə 28,4%), üçüncü isə ermənilərdir. Regionda ailələrin sayı 133215-ə, hər ailəyə düşən insanların sayı isə 3,7 nəfərə bərabər olmuşdur.
İqtisadiyyatı
redaktəSovetlər Birliyi dağıldıqdan sonra Borçalının iqtisadiyyatı dərin tənəzzül keçirmiş, sənaye müəssisələrin əksəriyyəti fəaliyyətini məhdudlaşdırmışdır. Bununla belə Gürcüstanın digər bölgələri ilə müqayisədə Rustavi sənaye şəhəri hesabına burada vəziyyət bir qədər qənaətbəxş olaraq qalmaqdadır. Gürcüstanda istehsal edilmiş sənaye məhsulunun 2005-ci ildə 18,5%-i, 2001-2005-ci illərdə isə orta hesabla 20,1%-i bu bölgənin payına düşmüşdür. Borçalıda orta aylıq əmək haqqı 183 lari (105 dollar) təşkil etməklə, orta Gürcüstan səviyyəsindən 14% çox olmuşdur.
Borçalı eyni zamanda mühüm kənd təsərrüfatı bölgəsi kimi seçilir. 2011-cı ildə Gürcüstanda yığılmış birillik ot bitkilərinin 96%-i, çoxillik ot bitkilərinin 76%-i, tərəvəz məhsullarının 14.7%-i, bostan bitkilərinin 17%-i, kartofun 21%-i, taxılın 17.8%-i, paxlalı bitkilərin 14.6%-i, qarğıdalının 12%-i Borçalı bölgəsinin payına düşmüşdür. Bölgədə 167.3 min baş iribuynuzlu heyvan, 123.2 min xırdabuynuzlu heyvan, 1.74 mln. ədəd ev quşu, 21.5 min arı pətəyi qeydə alınmış, onların Gürcüstan üzrə xüsusi çəkiləri müvafiq olaraq 15.4%, 21.3%, 27.4% və 6.6% təşkil etmişdir.[11]
Mənbə
redaktə- Mədəd Çobanov, Müşfiq Borçalı. Borçalı toponimləri. Bakı: "Təhsil" EİM, 2012, 312 səhifə.
- Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti. Müəlliflər: B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Elmi redaktor: B. Ə. Budaqov. Redaktor: R. Kərimova. Bakı: “İsmayıl” Nəşriyyat Poliqrafiya Müəssisəsi, 2002, 320 səhifə. (PDF versiyası, 302 səh.)
- Bоrçalı dünən, bu gün və sabah. Tərtib edən: S. Kərimova; Ön sözün müəllifi: G. Hacıbəyli. Bakı: "Adiloğlu" nəşriyyatı, 2009, 96 səh.
- Borçalı folklor örnəkləri. I kitab. Toplayanlar: Valeh Hacılar və Elxan Məmmədli; Tərtib edəni: Elxan Məmmədli; Redaktoru: Mahmud Allahmanlı. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2013, 328 səh.
- Borçalı folklor örnəkləri. II kitab. Tərtib edəni və hazırlayanı: Elxan Məmmədli; Redaktoru: Mahmud Allahmanlı. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2013, 389 səh.
Şərhlər
redaktə- ↑ Yaqut əl–Həməvi Dərbənddən şimalda yerləşən və Barsillərlə məskun vilayət olduğu digər ilkin mənbələrdən bilinən ərazini "Burcan əl–Xəzər (ərəb. برجان الخزر)"[4] adlandırıb.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ B, la page 94. // Dictionnaire géographique, historique et littéraire de la Perse et des contrées adjacentes extrait du Mo'djem el-Bouldan de Yaqout et complété a l'aide de documents arabes et persans pour la plupart inédits Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine, par C. Barbier de Meynard, ancien attaché à la légation de France en Perse, membre du Conseil de la Société asiatique. Paris: Imprime par autorisation de l'Empereur, a l'Imprimerie Imperiale, M DCCC LXI, XXI+639 pages.Orijinal mətn (fr.)
(برشلیّه) Berschelyeh.
Localité de l'Erràn; il en est fait mention dans l'histoire des anciens rois de Perse. - ↑ Text, seite ٥٦٦. // Jacut's geographisches wörterbuch aus den handschriften zu Berlin, St. Petersburg und Paris auf kosten der Deutschen Morgenlandischen Gesellschaft herausgegeben von Ferdinand Wüstenfeld. Erster band Arxivləşdirilib 2016-02-24 at the Wayback Machine. Leipzig: in Commission bei F. A. Brockhaus, 1866, 954 (12+٩۴٢) seiten.
- ↑ Йакут-ал-Хамави. Му'джам ал-Булдан. (Сведения об Азербайджане). Хамдаллах Казвини. Нузхат-ал-кулуб. (Материалы по Азербайджану) Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. Перевод с арабского (Му'джам ал-Булдан) З. М. Буниятова совместно с П. К. Жузе, перевод с английского (Нузхат-ал-кулуб) З. М. Буниятова совместно с И. П. Петрушевским; Комментарии и примечания З. М. Буниятова. Институт Истории АН СССР, Источники по истории Азербайджана. Баку: Издательство «Элм», 1983, стр. 27Orijinal mətn (rus.)
- ↑ Text, seite ٥۴٨. // Jacut's geographisches wörterbuch aus den handschriften zu Berlin, St. Petersburg und Paris auf kosten der Deutschen Morgenlandischen Gesellschaft herausgegeben von Ferdinand Wüstenfeld. Erster band. Leipzig: in Commission bei F. A. Brockhaus, 1866, 954 (12+٩۴٢) seiten
- ↑ "Первая Всеобщая перепись населения Российской империи 1897 года. Распределение населения губерний, уездов, городов Российской Империи". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
- ↑ "Borçalı Çar Rusiyasının işğalı dövründə". 2016-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
- ↑ "Borcalı tarixinin qısa xülasəsi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
- ↑ "Report of the Human Rights Monitoring Group of Ethnic Minorities, Renewal of toponymy as one of the real steps on reinstatement of interethnic dialog in Kvemo-Kartli region in Georgia" (PDF). 2012-12-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-21.
- ↑ "Borçalı Cəmiyyəti Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
- ↑ The position and social problems of Azerbaijanis compactly living in Georgia
- ↑ "Agriculture of Georgia. Annual statistical publication of 2011" (PDF). 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
Xarici keçidlər
redaktə- "İsa Mehdioğlu. Yiyəsiz Borçalının Harayı !" (az.). www.turkel-aq.org. 2013-08-13. 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-30.
- Borchali.net — Borçalı haqqında informasiya portalı Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine
- BorcahliNews — İnformasiya portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Kvemo Kartli mxaresinin (quberniyasının) rəsmi internet səhifəsi[ölü keçid] (gürcü və ingilis dillərində)
- 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələri (gürcü dilində)
- Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine (gürcü dilində)