Bolad - Wikipedia
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri.
Bolad | |
---|---|
Doğum tarixi | 1240 |
Doğum yeri | |
Vəfat tarixi | 26 aprel 1313 |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, tarixçi, siyasətçi |
Həyatı
redaktə1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi.[1] 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi.
Səfir kimi
redaktəArqun xan dövrü
redaktə7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu.
Keyxatu xan dövrü
redaktə1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü. Çao ilk dəfə Bolad ağa sayəsində istifadə olunmağa başladı.
Qazan xan dövrü
redaktə1295-ci ildə Qazan xanın taxta çıxması ilə Boladın nüfuzu azalmağa başladı. Boladı monqol yetimləri və gənclərindən ibarət tümənin komandanı təyin etmişdi.[2]
Olcaytu dövrü
redaktəOlcaytu xan dövründə baş vəzir olmuşdur.
Son illəri
redaktəBolad ağa Rəşidəddin Həmədaniyə Cəmi ət-Təvarixi yazmaq üçün kömək etmişdir.[3] 1311-ci ildə Ayurbavada xan tərəfindən "Tse knyazı" tituluna layiq görülmüşdür. 1313-cü ildə, Arrandakı "Saray əl-Mənsuriyyə" adlanan mülkündə 73 yaşında vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ Bolad Çinsanq — Christopher P. Atwood-Encyclopedia of Mongolia and the Mongol Empire;
- ↑ Reuven Amitai-Preiss-Ghazan, Islam and Mongol Tradition: A View from the Mamlūk sultanate, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 59, No. 1 (1996)
- ↑ "Bolod – Encyclopedia Iranica". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.