Bofort Denizi - Wikipedia
Bofort dənizi (ing. Beaufort Sea, fr. mer de Beaufort) —Şimal Buzlu okeanın dənizi.
Bofort dənizi | |
---|---|
ing. Beaufort Sea, fr. mer de Beaufort | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 476,000 km² |
Dərin yeri | 4683 m |
Orta dərinliyi | 1004 m |
Yerləşməsi | |
78°18′26″ şm. e. 132°01′17″ q. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Şimali Amerika |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəDəniz şimal-qərbdə Yukon və Alyaska ərazilərin şimal sahiliylə həmsərhəddir. Bofort dənizini Kanada Arktik arxipelaqının qərb sahilini yuyur. Bofort dənizinin şimal-qərb sərhədi Barrau (Alyaska) burnundan Lends End burununa qədər hesab edilir. Şərqdə Banks adasıyla həmsərhəddir.[1]. Dənizin sahəsi təxminən 476 000 km²-dir. Dəniz 1826-cı ildə qütb tədqiqatçısı Con Franklin və britaniya hidroqrafı və admiralı Ser Frensis Bofortun şərəfinə adlandırılmışdır.[2].
Dənizə tökülən ən böyük çay Makkenzi çayıdır bundan başqa bu dəniziə çoxsaylı xırda çaylar tökülür.
İqtisadi əhəmiyyəti
redaktəDənizin əsas təbii sərvəti şelfdəki neft yataqları hesab olunur ki, bunlar Makkenzi çayı yaxınlığında və kəşf edilmiş yataqların materikin Şimal yamacılarında ( Alyaskanın) yerləşir.[3]
Bofort dənizində ilk neft quyusu 1973-cü ildə Kanada şelfində qazıldı. İlk dəniz neft hasilatı platforması 1986-cı ildə açıldı, o zaman Gulf Canada şirkəti Amauligak təbii anbarından 50 min m³-dən çox neft çıxararaq onu Yaponiyaya satdı.
Sahil ərazilərinin yerli əhalisi (İnupiat, İnuvaluit, Kuçin) Bofort dənizində dəniz balıqçılığı və ovçuluqla məşğul olur.. Bofort dənizi yaxınlığında ən böyük məskunlaşan ərazi Şimal yamacında neft hasilatının mərkəzinə çevrilmiş Alyaskadakı Prudo körfəzidir. 1300 kilometrlik Trans-Alyaska Boru Kəməri xam nefti Prudo körfəzindən Alyaskanın cənubundakı buzsuz Valdez limanına daşıyır.
ABŞ və Kanada arasında Bofort dənizində dəniz sərhədinin delimitasiyası ilə bağlı fikir ayrılıqları var. Anlaşmazlığın kökləri 1825-ci il Rusiya-İngilis müqaviləsinə gedib çıxır.Mübahisəli ərazidə neft və qaz hasilatı üçün Kanada tərəfi müqavilənin mətninə əsaslanaraq, sərhədin həm quruda, həm də dənizdə 141 dərəcə qərb uzunluğu boyunca keçməli olduğunu iddia edir, ABŞ isə hesab edir ki, bu, yalnız quru sərhədinə aiddir, halbuki adi delimitasiya qanunları. dənizdə tətbiq edilir[4]
İstinadlar
redaktə- ↑ "The Canadian Encyclopedia. The Beaufort Sea". 2011-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-25.
- ↑ "Böyük sovet ensiklopediyası. Bofort dənizi". 2014-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-25.
- ↑ "Marine_Conservation_Institute". 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
- ↑ "Sharp". 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.