Bode Muzeyi - Wikipedia
Bode muzeyi (1904-cü il adı ilə Kaiser Friedrich muzeyi) — Almaniyanın paytaxtı Berlindəki Muzeylər adasında tarixi qoruma altındakı bir bina daxilində qurulan muzeydir. 1904-cü ildə Kaiser Friedrich muzeyi adı ilə açılan muzeydə heykəl, medal və sikkə kolleksiyasından əlavə, həmçinin Bizans sənəti də yerləşir. Təxminən 6 il davam edən bərpadan sonra 17 oktyabr 2006-cı ildə yenidən açıldı. O vaxtdan etibarən muzeyin adı qurucularından biri olan Vilhelm fon Bodenin şərəfinə dəyişdirildi. Anadoluda arxeoloji qazıntılar zamanı tapılan bir çox əsər burada nümayiş olunur.
Muzeyin inşası
redaktə1840-cı illərdən bəri bir sənət muzeyi yaratmaq ideyaları mövcud idi[1]. Bu mövzuda fikir söyləyən şəxs sənət tarixçisi Vilhelm von Bode idi. Saray memarları Ernst von İhne və Maks Hasak tərəfindən 1897–1904-cü illər[2] arasında inşa edilmiş bu bina içərisində Vilhelm von Bode tərəfindən toplanmış heykəl və şəkil kolleksiyasının sərgilənməsi planlaşdırılırdı. 18 oktyabr 1904-cü ildə III Fridrixin doğum günündə açılan muzey, onun anısına Kaiser Friedrich muzeyi kimi tanınmağa başladı.
Muzeyin girişində Monbijou körpüsünün üzərinə 1904-cü ildə təxminən 6,80 metr yüksəkliyindəki III Fridrixin süvari heykəli ucaldılmışdır. Ancaq heykəltaraş Rudolf Maison tərəfindən hazırlanan bu heykəlin sonradan 1951-ci ildə ideoloji səbəblərə görə qaldırıldığı məlumdur[3].
Memarlığı
redaktəXarici dizaynı
redaktəNeobarok üslubunda tikilmiş bina, Muzeylər adasının şimal-qərbində 6000 metrə çatan düzənsiz üçbucaq ərazidə yerləşir. Burada 1876-cı ildən etibarən içərisində müasir sənət əsərlərinin nümayiş olunduğu "Kunstbaracke" adlı sərgi salonu var idi. Əsas binanın üstündə hündürlüyü 39,50 metr yüksəkliyində günbəz var idi. Bu günbəz, sənətşünaslar arasında tədqiqatçısı İohann Vilhelm Schvedlerə həsr edilərək "Schvedler" qübbəsi olaraq da tanınır[4].
Sərgilənən əsərlər
redaktə- San Michele in Africisco kilsəsinin apsis mozaikası
İstinadlar
redaktə- ↑ Alexander Markschies: Gut geklaut ist halb gebaut – Die Vorgeschichte des Bode-Museums. In: INSITU – Zeitschrift für Architekturgeschichte, 2 (1/2010), S. 45.
- ↑ 10 Blätter zum Kaiser-Friedrich-Museum im Architekturmuseum der TU Berlin; Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine abgerufen am 9. Juni 2010.
- ↑ Karin Geiger, Sabine Tausch: Hrsg.: Historisches Museum. 1. Auflage. Begleitband zur Ausstellung: Rudolf Maison (1854–1904) – Bildhauer für König, Kaiser und andere "kunstliebende Laien" im Historischen Museum der Stadt Regensburg, vom18. September2016 bis zum2. April2017. Regensburg 2016, ISBN 978-3-86845-138-2.
- ↑ Marcus Böttcher, Volkmar Otto (Fotos): Gut verkuppelt. In: Berliner Zeitung. 10. Mai 2017, S. 14.