Biznesmen Film 1989 - Wikipedia
Biznesmen_(film,_1989) - Haqqında Məlumat
Biznesmen qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Ay-Al" Müstəqil Studiyasında istehsal edilmişdir.
Biznesmen | |
---|---|
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Aydın Dadaşov |
Prodüser | Ələddin Əsədzadə |
Ssenari müəllifi | Aydın Dadaşov |
Operator | Adil Abbasov |
İstehsalçı | "Ay-Al" Müstəqil Studiyası |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 14 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1989 |
Texniki məlumatlar |
2 hissə 250 metr |
Rəng | rəngli |
Məzmun
redaktəFilm varlanmış şəxsin həqiqət axtarışı yolunda müxtəlif dinləri qəbul etməsi və bunun nəticəsində mənəvi təcavüzə məruz qalması haqqında söhbət açır.[1]
Film SSRİ-də ilk rəsmi milyonçu olan Cənnət Əliyev haqqındadır. Filmdəki kadrların hamısı realdır. Rejissor filmin qəhrəmanını 1985-1989-cu illər ərzində müşahidə etmiş və hadisələri kinolentə köçürmüşdür. Film boyu Cənnət Əliyev öz tərcümeyi-halını müxtəlif məkanlarda nəql edir.
İstinadlar
redaktə- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 273
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı