Bitlice - Wikipedia
Bitlicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
kənd | |
Bitlicə | |
---|---|
40°05′07″ şm. e. 44°34′43″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1830 |
Mərkəzin hündürlüyü | 1.100 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim türk mənşəli bitli etnoniminə[4] -cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə kəndin adı dəyişdirilib Bardzraşen qoyulmuşdur.
Əhalisi
redaktəKənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır[6].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53 - cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.39
- ↑ Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.33
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.45, 127