Birlik Denizi - Wikipedia
Birlik_dənizi - Haqqında Məlumat
Birlik dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində yerləşir. Sahəsi 258.000 km², cənub hissədə dərinliyi 500 m, şimalda dərin yeri 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Sahilində Avstraliyaya məxsus Mayson və Deyvis elmi-tədqiqat stansiyası fəaliyyət göstərir. 1964-ci ildə Eymeri buzlağından nəhəng aysberq qoparaq Pryado körfəzinə düşmüşdür. Dəniz 1962-ci ildə antraktidaya təşkil edilən sovet ekspedisiyasının şərəfinə adlandırılmışdır. Belə ki, bu ekspedisiya üzvləri əsasən müxtəlif ölkələrin nümayəndələrindən təşkil edilmişdi.
Birlik dənizi | |
---|---|
ing. Cooperatio Sea, rus. Moре Содружества | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 258,000 km² |
Dərin yeri | 3,000 m |
Yerləşməsi | |
66°00′00″ c. e. 70°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Antarktida |
|